07 İyul 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/6/2020 "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb


“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.

Layihədə abilitasiya tədbirlərinin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.

Qeyd edilir ki, abilitasiya tədbirləri abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi, abilitasiya nəticələrinin proqnozlaşdırılması və  abilitasiya tədbirlərinin müəyyən edilməsi kimi mərhələləri əhatə edir. Əlilliyin müəyyən edilməsindən sonra 10 iş günü ərzində əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əks əlaqə vasitələrinin birinə abilitasiya tədbirlərinin hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxs əlilliyi ilə əlaqədar gələ bilmədiyi hallarda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır. Bu tədbirlər hazırlanarkən əlilliyi olan şəxslərin və onların qanuni nümayəndələrinin də fikirləri nəzərə alınır. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilir.

Bildirilir ki, abilitasiya tədbirləri əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə 6 ayda bir dəfə aparılmış tədbirlərin effektivliyi və hər hansı əlavə və dəyişikliklərin edilməsi zərurətinin olub-olmaması baxımından yenidən nəzərdən keçirilir.  TSEK əlilliyi olan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, proqnozu, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verməlidir.

Layihədə bu tədbirlərin müddətinin əlilliyi olan şəxsin sağlamlığında mövcud olan və əlilliyə səbəb olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edildiyi də əksini tapır.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ    



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 222 dəfə oxunub




Flag Counter






» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.

» 23/6/2020- Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək

» 22/6/2020- Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi

» 19/6/2020- VƏRƏM VƏ COVİD-19 PANDEMİYASI İLƏ BİRGƏ MÜBARİZƏ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ONLAYN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

» 18/6/2020- "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

» 16/6/2020- Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB-nin jest dilində yeni filmi

» 12/6/2020- Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi

» 9/6/2020- Əlil Təşkilatları İttifaqı (ƏTİ) növbəti beynəlxalq təşkilata üzvlüyə qəbul olunmuşdur.

» 3/6/2020- Müyəssərlik modeli

» 27/5/2020- QHT TV-nin "Ictimai Baxış" proqramının növbəti qonağı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli olub.

» 26/5/2020- Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək

» 25/5/2020- Müyəssərlik barədə məlumatlandırma