01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/7/2020 İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək


İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” mərkəzi bölgədə məşğulluğun, milli mədəniyyət nümunələri istehsalının və turizmin inkişafına dəstək verəcək

 

Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan  “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.

Ümumilikdə 5925 m2 ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq.

DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları və s. kimi istehsal sahələri qurulacaq. Ümumilikdə milli mədəniyyət nümunələrinin istehsalı üçün burada 5 emaltxana, 1 sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək.  40-50 nəfər müəssisədə işlə təmin olunacaq.

Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də İvanovka kənd məhsullarının satışı üçün bio-bazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək.

Mərkəzin regionun turizm infrastrukturuna inteqrasiyası vasitəsilə gəlirlərinin pilləli artırılması, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır.

Son üç ildə İsmayıllı rayonunda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. DOST Evi” bölgədə özünüməşğulluq layihələrinin icrasına da dəstək göstərəcək. Müəssisədəki istehsal sahələrinin özünüməşğulluq proqramı iştirakçılarına güzəştli şərtlərlə icarəyə verilməsi, habelə bu istehsal sahələrindən peşə hazırlığı kursları üçün təlim bazası kimi istifadə edilməsi də nəzərdə tutulur.

Ümumilikdə, inşasına başlanan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi regionun sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayacaq.

Onu da bildirək ki, sosial müdafiə və aktiv məşğulluq proqramları İsmayıllı rayonunda da uğurla icra olunur. Ötən dövrdə rayonda 129 mənzil və fərdi ev inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə verilib, 61 nəfər müharibə əlilli avtomobillə təmin olunub. Cari ildə də bu sahədə işlər davam edir. Rayonda 22 minə yaxın şəxs pensiya, müavinət, təqaüd ünvanlı sosial yardımla, 173 nəfər sosial xidmətlərlə təmin olunur. Həmçinin İsmayıllı rayonu üzrə hazırda 455 nəfər əmək müqaviləsi əsasında ödənişli ictimai işlərdə çalışır. Bu ilin 6 ayında isə məşğulluq xidməti vasitəsilə rayonda 431 nəfərin məşğulluğu təmin edilib.

Keçən il sosial xidmət layihələri üzrə İsmayıllı rayonunda reabilitasiya yönümlü 4 sosial xidmət mərkəzi yaradılaraq həssas qruplardan olan uşaqlara və onların ailələrinə ehtiyaclarına uyğun dəstək göstərib.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 765 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!