02 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/8/2020 Boccia İdman Federasiyası regionlarda (Şəki)


Boccia İdman Federasiyası Şəki Şəhər İcra Hakimiyyətinin qonağı olub - FOTO

 

Avqust ayının 10-dan etibarən Zaqatalada təlim məşq toplanışı keçirən Boccia İdman Federasiyası Şəki Şəhər İcra Hakimiyyətində İcra başçısı Elxan Usubovun qonağı olub.

Gazette.az xəbər verir ki, bu gün Şəki Şəhər İcra Hakimiyyətinin İcra başçısı Elxan Usubov Boccia İdman Federasiyasının üzvləri ilə görüşüb. Görüş zamanı E.Usubova Boccia İdman Federasiyasının Baş katibi İlham Məhərrəmov, həmçinin ictimaiyyətlə əlaqələr və mətbuat katibi Nərmin Kazımova tərəfindən federasiyanın fəaliyyəti, idmançıların təlim-məşq prosesi barədə ətraflı məlumat verilib. Federasiyanın üzvləri ilə tanışlıqdan məmnunluğunu ifadə edən icra başçısı öz şəxsi fəaliyyətində də fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət ayırdığını bildirib. Həmçinin qeyd edib ki, Şəkidə Əlillərin Bərpa Mərkəzinin təmiri başa çatıb və yaxın günlərdə fəaliyyətə başlayacaq.

Sonda Boccia İdman Federasiyasının nümayəndələri tərəfindən boccia idman növünün inkişafı və daha çox fiziki məhdudiyyətli şəxslərin bu idman növünə cəlb olunması məqsədilə E.Usubova Şəkidə regional klubun açılması təklif olunub. İcra başçısı isə bildirib ki, Boccia İdman Federasiyası ilə əməkdaşlığa hər zaman hazırdır və davamlı layihələrdə birgə əməkdaşlığın tərəfdarıdır.

Qeyd edək ki, ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin siyasətində regionların inkişafı əsas hədəflərdən biridir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsi və bölgələrimiz tarazlı şəkildə inkişafıdır.

2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il may ayının 23-dən etibarən isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş E.Usubov dövlət başçısının uğurlu siyasətini rəhbər tutaraq Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irs nümunələrinin mühafizəsinin təmin edilməsi, ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, tarixi hissənin memarlıq dəyərinə və üslubuna xələl gətirən bəzi tikililərin uyğunlaşdırılması, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət ayırmış, Şəki şəhərinin davamlı inkişafı təmin edilmiş, insanların rahat yaşaması, rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə olunması üçün mühüm işlər görüb.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Şəkinin xalq tətbiqi sənəti hər il Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunur. 2008-ci ildən Dünya Tarixi Şəhərlər Liqasının üzvü olan Şəki şəhəri 2016-cı ildə TÜRKSOY-un mədəniyyət paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” 2019-cu ilin iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 843 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!