29 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/8/2020 Reabilitasiya vasitələri əlilliyi olan şəxslərə yaşadıqları rayonlara aparılaraq verildi


Reabilitasiya vasitələri əlilliyi olan şəxslərə yaşadıqlara rayonlara

aparılaraq verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında davam etdirib.

Həmin 8  rayon üzrə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868  reabilitasiya vasitəsi Mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.

Bir sıra əlilliyi olan şəxslərin isə müraciətləri əsasında yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin edilmələri üçün onların müayinələri aparılıb və onlardan müvafiq ölçülər götürülüb.

Əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildiklərindən, bu sahədə xidmətlərdən razılıqlarını bildiriblər. Onlar həssas əhali qruplarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 850-ə yaxın əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 2868 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Əlil Təşkilatları İttifaqı (ƏTİ)

İnformasiya Xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 175 dəfə oxunub




Flag Counter






» 28/9/2020- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MƏLUMATI

» 27/9/2020- Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

» 27/9/2020- Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ

» 27/9/2020- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

» 27/9/2020- Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü

» 25/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 24/9/2020- Online discussion on the Web Accessibility Directive starts

» 23/9/2020- "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"

» 23/9/2020- Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu