XƏBƏRLƏR




- 10/9/2020 Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.
- Yoldan rampa çıxışda səki vardır
- Rampın mailliyi hərəkət boyunca müxtəlifdir, bir çox yerlərdə maillik faizi böyükdür (8%, 9%, 10% və s.)
- Rampın üzünluğu həddindən artıq çoxdur (80m)
- Ramp üzərində tutacaqlar yoxdur
- Rampın səthi çox hamardır.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.
Ötən gün Mərdəkan-Zuğulba yolunun üzərində növbəti yerüstü piyada keçidinin tikilməsi və ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı haqqında geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, bu insanların təhlükəsizliyi üçün əhəmiyyətli və lazımlı qurğudur.
Yayılan məlumatlarda o da qeyd olunmuşdur ki, yerüstü piyada keçidindən əlilliyi olan çəxslərin, xüsusilə təkərli kürsü (əlil arabası) istifadəkiləri də rahat istifadə edə biləcəklər. Buna əmin olmaq üçün bu gün Əlil Təşkilatları İttifaqının monitorinq qrupu qeyd olunan obyektdə olmuşdur. Apardığımız monitorinq deməyə əsas verir ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan ramp (pandus) bir neçə cəhətdən standartlara uyğun deyildir (əsas çatışmazlıqlar):
Bunlara əslanaraq deyə bilərik ki, rampdan təkərli kürsüdə (əlil arabasında) və çətin hərəkət qabliyyətinə malik olan şəxslərin sərbəst istifadə etməsi qeyri mümkündür. Bunu layihələndirən mümarın gürünür əlillik sahəsindən, standartlardan ümumiyyətlə bilgisi yoxdur.
Burada qaldırıcı qurğunun qoyulması daha məqsədəuyğun, istifadə üçün daha rahat, iqdisadi cəhətdən daha az məsrəfli olardı. Avtomobil Yolları Agentliyi artıq neçənci dəfədir bu xətalara yol verir. Bu həm əlilliyi olan, çətin hərəkət qabliyyətinə malik çəxsləerə qarşı laqeydlikdir və eyni zamanda ölkə prezidentinə məlumatın düzgün verilməməsidir. Yaxşı olardı ki, növbəti analoji fəaliyyətləri həyata keçirən zaman bu sahə üzrə mütəxəsislərlə məsləhətləşmə aparılsın.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 412 dəfə oxunub