17 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/9/2020 "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"


Hörmətli Vətəndaş Cəmiyyəti Nümayəndələri!

 

Bildiyiniz kimi, BMT-nin Əhali Fondu (UNFPA) gender bərabərliyinin təşviqi, gender əsaslı zorakılıq və məişət zorakılığının qarşısının alınması istiqamətləri üzrə Azərbaycan hökuməti ilə birgə bir sıra proqram və layihələr həyata keçirir. Belə layihələrdən biri də Avropa Birliyi tərəfindən maliyyələşdirilən və BMT-nin Əhali Fondu ilə BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı" proqramıdır.

Programın məqsədləri: 1) qadın hüquqlarını məhdudlaşdıran gender stereotipləri və patriarxal normalar barəsində  cəmiyyətdəki təsəvvürlərin dəyişdirilməsi, və 2) kişilərin uşaqların baxımı və atalar proqramlarında iştirakının gücləndirilməsidir.

Proqram çərçivəsində BMT-nin Əhali Fondu yerli təşkilatlar üçün müxtəlif istiqamətlər üzrə xidmətlərin göstərilməsinə dair layihə təkliflərin təqdim edilməsi bardə elanlar verilmişdir. Elanlar barədə ətraflı məlumatla linkə daxil olmaqla tanış ola bilərsinizhttp://unazerbaijan.org/en/work-with-us/tenders/

Yerli təşkilatların sözügedən layihə təklifləri çağrışına olan marağını va müraciətlə bağlı texniki məsələlərin aydınlaşdırılması məqsədilə BMT-nin Əhali Fondu tərəfindən 22 sentyabr 2020-ci il, saat 11.00-da  Virtual İnfosesiyanın təşkil olunması nəzərdə tutulub.

Böyük məmnuniyyətlə hər birinizi 22 sentyabr 2020-ci il, saat 11.00-da təşkil olunacaq Virtual İnfosesiyaya dəvət edirik!

 

Qeydiyyatdan keçib iştirakınızı təsdiqləmək, o cümlədən zoom link əldə etmək üçün aşağıdakı məlumatları yazıb bu emaila: shahverdiyeva@unfpa.org 20 sentyabr 2020-ci il tarixinə kimi göndərməniz rica olunur:

İştirakçının adı və soyadı:

Təmsil olunduğu təşkilat və vəzifəsi:

Əlaqə məlumatları (tel.email):

Hər birinizi Virtual İnfosesiyada görmək ümidilə,

Hörmətlə,

Xalisə Şahverdiyeva

Layihə Koordinatoru, EU4GE

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 293 dəfə oxunub




Flag Counter






» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar

» 5/1/2021- Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

» 5/1/2021- Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib

» 4/1/2021- ​Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

» 3/1/2021- Özünüməşğulluq proqramı ilə bağlı regionlarda bazar araşdırması aparılacaq

» 3/1/2021- 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verildi