20 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/10/2020 Cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramı üzrə 650 yeni ailə təsərrüfatı yaradıldı


Cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramı üzrə

650 yeni ailə təsərrüfatı yaradıldı

 

Ərazilərimizin işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun şanlı Qələbələri, düşmənə vurduğu sarsıdıcı zərbələr bütün xalqımızda böyük ruh yüksəkliyi yaradır.  

Təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi, mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.

Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar. Onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib.

Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.

Yeni təsərrüfat sahibləri xalqımızı möhtəşəm Qələbələrə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərliyi ilə qüdrətli Ordumuzun əldə etdiyi zəfərlərlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.

Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub.

Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.

 
 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 114 dəfə oxunub




Flag Counter






» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib

» 15/10/2020- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib.

» 15/10/2020- Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib YENİLƏNİB VİDEO

» 14/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib. Video

» 14/10/2020- Şanlı bayrağımız Nazirliyin binasını bəzədi

» 12/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

» 11/10/2020- Ganja city came under missile attack of Armenia.