25 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/1/2021 Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

AZƏRTAC bəyanatı təqdim edir.

“Azərbaycan Respublikası Prezidentinin,
Ermənistan Respublikası baş nazirinin və
Rusiya Federasiyası Prezidentinin Bəyanatı
          11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti
İ.H.Əliyev
 
Ermənistan Respublikasının baş naziri
N.V.Paşinyan
 
Rusiya Federasiyasının Prezidenti
V.V.Putin”. 
 
 
 
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 58 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/1/2021- Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib

» 20/1/2021- Milli iradəmizin zəfər çaldığı gün.

» 18/1/2021- Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

» 18/1/2021- 2021-ci ilin hansı sosial hədəfləri var?

» 18/1/2021- “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”

» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar