01 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/1/2021 Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır


Müharibədə xəsarət almış hərbi qulluqçuların

tibbi-sosial ekspertizasına başlanır

Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında  aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri kimi, müharibədə xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların da sosial müdafiəsi diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən onlarla bağlı dəstək tədbirləri görülür. Yaralanmış hərbi qulluqçuların artıq yarıdan çoxu Nazirliyin əməkdaşları tərəfindən ziyarət olunub və bu proses yaxın günlərdə başa çatacaq.

Nazir bildirib ki, bu görüşlər zamanı onların, ailə üzvlərinin sosial vəziyyətləri öyrənilməklə müvafiq dəstək işləri aparılır, həmçinin reabilitasiya vasitələri ilə təmin edilirlər. Son bir ayda da 125 hərbçiyə 530 reabilitasiya vasitəsi verilib, 6 hərbi qulluqçu yüksək texnologiyalı 8 protezlə təmin olunub. Ehtiyacı olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

S.Babayev, bu görüşlər zamanı, eyni zamanda, xəsarət almış hərbi qulluqçuların sağlamlıq vəziyyəti, tibbi-sosial ekspertizası üçün də məlumatlar toplandığını, amputasiya halları ilə bağlı onlardan bir qisminə artıq uyğun əlillik dərəcələri təyin olunduğunu qeyd edib.

O bildirib ki, hazırda ilk iclası keçirilən bu komissiya da ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə həyata keçirəcək. Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək. Bu işçi qrupları həmin hərbi qulluqçuların birgə əyani müayinəsi, onların xəsarət və xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən  edilməsi işini aparacaq. Bundan sonra müvafiq tibbi sənədlərin elektron sistemə daxil edilməsi və əlilliyin qiymətləndirilməsi aparılmaqla prosesin operativ, şəffaf və keyfiyyətlə icrası təmin olunacaq.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da elə əlillik təyin olunan gün proaktiv şəkildə, elektron sistem üzərində avtomatik şəraitdə həyata keçiriləcək. Eyni zamanda, onların reabilitasiya xidmətləri ilə əhatə olunması işləri aparılacaq.

İclasda komissiya tərəfindən görüləcək işlər müzakirə olunaraq tədbirlər planı təsdiq edilib.  

Xatırladaq ki, komissiyasının tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 160 dəfə oxunub




Flag Counter






» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı