21 Aprel 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/3/2021 Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir


Əlilliyi olan qadınlar və Qarabağ müharibəsi veteranları ilə bağlı birgə layihə

 yeni dəstək istiqamətləri əlavə edilməklə genişləndirilir

 

Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsində Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclası olub.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, layihə heyəti və b. iştirak edib.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, müharibə iştirakçılarına göstərdiyi xüsusi qayğını qeyd edən S.Babayev bu istiqamətdə reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi layihənin də bu sahədə aparılan işlərə dəstək məqsədi daşıdığını deyib. O, 2019-cu ilin fevralından başlayan layihənin komponentləri üzrə hədəf qruplarının məşğulluq və özünüməşğulluq, əmək bazarına  çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərin önəmini diqqətə çatdırıb. Hədəf qruplarına biznes-planın hazırlanması, biznes ideyalarını reallaşdırmaq, bacarıqlarını artırmaq və s. üçün təşkil olunan təlimlərin, həmçinin biznes ideyalarını həyata keçirmələri üçün aktivlərlə təchizat işlərinin  önəmini qeyd edib.

S.Babayev layihə çərçivəsində İnklüziv İncəsənət Məktəbinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Məktəbdə əlilliyi olan tələbələrə rəsm, toxuculuq, oymaçılıq və s. istiqamətlər üzrə təlim kurslarının təşkil edildiyini, burada hazırlanmış məhsulların satış sərgisinin də təşkil edildiyini diqqətə çatdırıb. İnklüziv İncəsənət Məktəbində hazırlanan məhsulların yeni yaradılacaq Binəqədi DOST mərkəzində də nümayişi və satış- sərgisinin təşkil olunacağını bildirib.

İclasda iki illik layihənin komponentləri üzrə aparılan işlər, layihəyə yeni dəstək istiqamətlərinin əlavə olunması və yeni komponentlər üzrə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında fəaliyyətlərin icra edilməsi, layihənin müddətinin bu ilin sonunadək uzadılması və s. məsələlər müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 221 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/4/2021- “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 19/4/2021- “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin başlanmasına həsr olunmuş onlayn tədbir keçirilib.

» 19/4/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin NİZAMNAMƏSİ

» 19/4/2021- Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib

» 19/4/2021- Ağıllışəhər və Ağıllı kənd

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/4/2021- Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

» 10/4/2021- Sosial xidmətlərə ehtiyac səviyyəsini qiymətləndirmək məqsədilə onlayn sorğu keçirilir

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/4/2021- Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir

» 2/4/2021- Reabilitasiya vasitələri ilə təminat sisteminin təkmilləşdirilməsi sahəsində görüləcək işlərlə bağlı onlayn toplantı olub

» 31/3/2021- Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edildi

» 31/3/2021- 31 March is the day of Genocide of the Azerbaijanis

» 30/3/2021- Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

» 30/3/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/3/2021- Bir qrup Azərbaycan ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib.

» 20/3/2021- BAHAR BAYRAMINIZ, YENİ GÜNÜNÜZ, YENİ İLİNİZ MÜBARƏK!