01 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/4/2021 Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsi davam edir


Yaralanmış hərbçilərin əyani müayinələr əsasında əlilliyinin

qiymətləndirilməsi davam edir

 

Artıq 250-dən çox qaziyə əlillik təyinatı aparılıb

 

            Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərkən xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi davam edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların səyyar formada əyani müayinələrini həyata keçirir.  

Yaralı hərbi qulluqçular paytaxt və regionlar üzrə yaşadıqları ünvanlarda, yaxud tibb müəssisələrində ziyarət edilməklə, onlarla bağlı müayinə aktları tərtib edilir. Hər birinə dair  foto və videogörüntülər toplanır.

Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir.

Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunvericiliyə uyğun operativ qiymətləndirilməsi aparılır. Artıq 250-dən çox hərbçiyə əlillik təyinatı aparılıb və proses davam edir.

Əlil Təşkilatları İttifaqı 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 533 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!