26 Noyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/4/2021 “İnklüziv teatr”


Azərbaycan Dövlət Akademik Musiqili Teatrında YUNESKO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərlə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Reyting.az
-a verilən məlumata görə, Musiqili Teatrın direktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan “İnklüziv teatr” barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra layihənin baş prodüseri Rəcəb Məmmədov, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da “İnklüziv teatr” haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşüblər.

“İnklüziv teatr” layihəsində iştirak etmək üçün seçilən gənclər arasında “Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi tanınan Mahmud Səfərov və h əmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildiriblər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.  

 

Əlil Təşkilatları İttifaqı



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 720 dəfə oxunub




Flag Counter






» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb

» 16/11/2022- Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

» 15/11/2022- Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanın sosial islahatlar təcrübəsini yüksək qiymətləndirir

» 14/11/2022- Beynəlxalq Əmək Təşkilatı ilə gələcək əməkdaşlıq müzakirə olunub

» 13/11/2022- 50 mindən çox şəxsə əlillik təyin olunub

» 12/11/2022- 94 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 11/11/2022- “Könüllü Qaliblər” proqramının yekun tədbiri keçirildi

» 11/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2022- 8 NOYABR - ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!

» 8/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!