16 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/7/2021 Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.


Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.  
 
QHT.az xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov 100 illik yubileyini qeyd edən Universitetin müasir çağırışlara cavab verən kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib. O, müxtəlif sahələr üzrə kadrların, o cümlədən sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanmasında aidiyyəti qurumlarla elmi-təcrübi və praktik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hazırda ADPU-da sosial iş, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Həmçinin 2020-ci ildən etibarən universitetdə bütün ixtisaslar üzrə bakalavrlar yeni proqramlar əsasında təhsil alırlar. 
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 29 filialı, 13 sosial xidmət müəssisəsi olan Agentliyin fəaliyyəti, həssas qruplara göstərilən reabilitasiya yönümlü sosial xidmətlər, bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün aparılan işlər barədə məlumat verib. Qurumun sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə birgə iş təcrübəsi qurmaqda olduğunu, həmçinin sosial xidmətlər sahəsi üzrə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Memorandumda Universitetin sosial iş və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələri üçün təlimlərin, bakalavr və magistr pilləsində təhsil alanlar üçün təcrübə proqramlarının, habelə birgə kursların təşkili, tələbələrin Agentlikdə könüllü fəaliyyəti üçün şəraitin yaradılması, sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tələbələrin “start up” layihələrinin nümayiş etdirildiyi  innovativ ideyalar müsabiqəsinin həyata keçirilməsi və s. sahələr üzrə əməkdaşlıq istiqamətləri yer alıb.
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 113 dəfə oxunub




Flag Counter






» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu

» 9/9/2021- Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

» 7/9/2021- Uğur əngəl tanımır

» 7/9/2021- “Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb

» 7/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə, təqdim edilən vakansiya sayı isə 2214-ə çatıb

» 7/9/2021- ƏLILLƏRIN BEYNƏXALQ ƏMƏKDAŞLIĞI UĞRUNDA CƏMIYYƏTININ HÜQUQI FƏALIYYƏTƏ BALAMASININ 30 ILLIYI.

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/9/2021- Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 4/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 4/9/2021- Yenilməzlər komandası zəfər çaldı!

» 31/8/2021- Təbrik edirik!

» 31/8/2021- QARABAĞ AZƏRBAYCANDIR!