29 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/9/2021 Ən yaxşı məqalə müsabiqəsi


Ən yaxşı məqalə” müsabiqəsi 

“Universal Dizayn” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC, Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə əməkdaşlıqda Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinn yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində respublikada fəaliyyət göstərən qəzetlərdə və xəbər saytlarında çalışan jurnalistlər arasında müsabiqə elan edir:


“Ən yaxşı məqalə” müsabiqəsi

Müsabiqənin mövzusu:

Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində nailiyyətlər və problemlər

Aşağıda qeyd olunan sahələri təsvir edən yazılara üstünlük verilir:

1.      Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması üçün özəl qurumların səyləri;

2.      Əlilliyi olan şəxslərin məşğulluq (o cümlədən biznes) sahəsində uğurları;

3.      Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında internet resurslarının rolu;

4.      Əlilliyi olan şəxslərin işlə təmin olunma sahəsində qarşılaşdığı çətinliklər.

 

Qaydalar:

Təqdim olunacaq məqalələr:

·         müsabiqə mövzusuna uyğun olmalıdır;

·         ən azı bir qəzet yaxud bir xəbər saytında dərc olunmalıdır;

·         məqalənin axırında bu mətn qeyd olunmaldır “Bu məqalə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıqla Finlandiya Xarici İşlər Nazitliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində elan edilmiş müsabiqədə iştirak etmək üçün hazırlanmışdır”

·         Əlil Təşkilatları İttifaqının (Əlil Təşkilatları İttifaqı -ƏTİ İnformasiya portalı www.udpo.az | Facebook) səhifəsi tag olunmaqla ən azı bir sosial şəbəkədə yayımlanmalıdır;

·         Əlil Təşkilatları İttifaqının email ünvanına (info@udpo.az) göndərilməlidir (dərc edildiyi qəzet/internet xəbər saytının və yayıldığı sosial şəbəkələrin linkləri ilə birgə).

 

Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 12 oktyabr 2021-ci il.  


Qiymətləndirmə haqqında:

1.      Təqdim edilən məqalələrin qiymətləndirilməsi və müsabiqə qaliblərinin seçimi müstəqil ekspertlər tərəfindən aparılacaq.

2.      Seçim meyarlarına aşağıdakılar daxildir:

·         materialın verilən mövzuya uyğunluğu,

·         yazının peşəkarlıq səviyyəsi,

·         oxucu auditoriyasının genişliyi,

·         sosial şəbəkələrdə alınan rəylər.

3.      Məqalələrin hazırlanması zamanı konkret uğurlu tarixcələrin və yaxud problemli situasiyaların təsvir olunması tövsiyyə olunur.

 

Mükafatlandırma:

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

-          I yer -     500 AZN

-          II yer -   300 AZN

-          III yer - 200 AZN

-          7 nəfər həvəsləndirici diplom

 

 

Ətraflı məlumat:

Yuxarıda qeyd olunan layihə və müsabiqə haqqında ətraflı məlumat vermək üçün informasiya sessiyası keçiriləcək. İnformasiya sessiyasında iştirak etmək istəyən jurnalistlərdən avqustun 5-nə kimi info@udpo.az email ünvanına aşağıdakı məlumatları göndərməyi xahiş olunur:

-          Ad, soyad;

-          Çalışdığı qəzet yaxud xəbər portalının adı;

-          Əlaqə telefom və email ünvanı.


İnformasiya sessiyasının yeri və vaxtı haqqında məlumat sessiyada iştirak etmək istəyən jurnalistlərin email ünvanlarına göndəriləcək.

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 

Telefon: (+994 12) 434 48 36,   (+994 12) 434 93 29   mobil: (+994 51) 702 50 05
E-mail:   union-dpo@baku.az  info@udpo.az  universaldesignaz@gmail.com

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 213 dəfə oxunub




Flag Counter






» 25/5/2022- Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb

» 25/5/2022- Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

» 24/5/2022- Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi

» 23/5/2022- Vahid əlaqələndirmə mərkəzlərində 32 700 şəxsə xidmət göstərilib

» 22/5/2022- “Məşğulluq marafonu” üzrə 2275 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!