22 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/9/2021 Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir


Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir

Azərbaycanda köməkçi texnologiyalar (reabilitasiya vasitələri, o cümlədən təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s.) ilə təminat sistemi ildən-ilə gücləndirilir. 

Bu fikir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nümayəndələri ilə bu gün keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısını vurğulayıb. Nazir bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və reabilitasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, son iki ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verildiyini, bu il uşaqlar üçün bölgələrdə iki reabilitasiya mərkəzinin də açılacağını deyib.

S.Babayev cari ilin 8 ayında reabilitasiya müəssisələrində əlilliyi olan 4600 şəxsə reabilitasiya xidmətləri göstərildiyini, 7 min şəxsə 30 min reabilitasiya vasitəsi təqdim edildiyini bildirib. Ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminata başlandığını, Vətən müharibəsi əlillərindən artıq 142 hərbçinin son nəsil elektron protezlərlə təmin olunduğunu qeyd edib.

Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına ötən il 23 yeni növün də daxil edildiyini bildirən nazir siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının artıq 57-yə çatdığını diqqətə çatdırıb.

S.Babayev əlillik və reabilitasiya sahələrində islahatlarda, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsində ÜST ilə fəal əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, mövcud əməkdaşlıq gündəliyində ölkəmizdə köməkçi texnologiyalar - reabilitasiya vasitələri ilə təminat sisteminin gücləndirilməsi və əhatəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərlə yanaşı, digər kateqoriyalara aid şəxslərin (o cümlədən yaşlıların, xroniki xəstəlikləri olan insanların, yaralanmış şəxslərin və b.) ehtiyaclarına uyğun həmin vasitələrə əlçatanlığının artırılması da mühüm yer tutur. Bununla bağlı ehtiyaclar səviyyəsi, tələbat və təklif haqqında məlumatlar bazasının formalaşması üçün qiymətləndirmələr, habelə prioritet köməkçi reabilitasiya vasitələrinin milli siyahısının hazırlanması işləri aparılır.

Səhiyyə nazirinin müavini Rəhim Əliyev və ÜST-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı fikirlərini bölüşüblər. Köməkçi texnologiyalar, reabilitasiya vasitələrinə əlçatanlığın müvafiq kateqoriyalardan olan şəxslərin öz funksionallığını, sağlamlığını və rifahını qorumalarında önəmi, bu vasitələrə ehtiyacların müəyyən edilməsi üçün aparılan  qiymətləndirmənin əhəmiyyəti vurğulanıb.

Görüşdə qeyd edilən qiymətləndirmə üzrə aparılan işlərin nəticələri müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 54 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları