09 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/9/2021 Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb


Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Xarıbülbül” satış-sərgisinə başlanıb

 

      Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb. Sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq əks-hücüm əməliyyatı həyata keçirdi. Cəmi 44 gün ərzində Ordumuz şanlı qəhrəmanlıq səhifəsi yazaraq, tarixi Zəfər əldə etdi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız işğaldan azad edildi.

      Nazir müavini bu gün təşkil olunan “Xarıbülbül” sərgisinin də möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunduğunu deyib. A.Əliyev bildirib ki, 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

      Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait da həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 483 dəfə oxunub




Flag Counter






» 9/12/2022- Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib

» 8/12/2022- Kvota üzrə 66 min iş yerinin əksəriyyəti kadrlarla təmin olunub

» 8/12/2022- I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyənləşdirilən 16,7 minədək şəxsə birdəfəlik ödəmə verilib

» 8/12/2022- “YAŞAT” Fondunun yaradılmasından iki il ötür

» 8/12/2022- Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb

» 7/12/2022- Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 7/12/2022- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!