04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/9/2021 Ölkəmizdə yeni “Himayədar ailə” qayğı modeli tətbiq olunacaq


Ölkəmizdə yeni “Himayədar ailə” qayğı modeli tətbiq olunacaq

            Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan “Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir.

          Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə tanışlıq görüşündə bildirib.

          A.Haykensi yeni təyinatı münasibətilə təbrik edən nazir uşaqların müdafiəsi və inkişafının, hüquqlarının qorunmasının dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə sosial müdafiə, eləcə də uşaq qayğı sisteminin inkişafı istiqamətində aparılan islahatları, bu sahədə UNICEF-lə fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edib.

          Nazir bu ilin may ayında imzalanmış “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bu Plan üzrə UNICEF-lə birgə pilot mərhələdə icra edilən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli”ni qeyd edib. Həssas qruplardan olan uşaqlar və ailələrlə bağlı vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə kompleks sosial xidmətləri nəzərdə tutan həmin modelin geniş tətbiqinin nəzərdə tutulduğunu bildirib.

          A.Haykens UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ötən dövrdə uğurlu əməkdaşlıq  təcrübəsinin formalaşdığını və bu əməkdaşlığın qarşıdakı dövrdə də inkişafı üçün səy göstərəcəyini vurğulayıb.

          Görüşdə hazırki əməkdaşlıq istiqamətləri, ölkəmizdə uşaq qayğı sisteminin inkişafı sahəsində aparılan islahatlar, “2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı” üzrə görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 723 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü