07 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/9/2021 "Tut əlimdən" layihəsinin I buraxılışı bu gün efirdə


"Tut əlimdən" layihəsinin I buraxılışı bu gün efirdə

İştirakçılar Şəhid Teymur Abbasovun övladları Feyruz, Siruz və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovdur. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Tut əlimdən” layihəsinə artıq start verilib.

Layihə çərçivəsində vəzifəli və tanınmış şəxslər bir günlərini Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları ilə keçirəcək, onların qayğılarını bölüşəcək, asudə vaxtlarının mənalı keçməsinə dəstək olacaqlar. Məqsəd şəhid övladlarının daim diqqət və qayğı əhatəsində olduqları, bundan sonra da dövlətin, ümumən cəmiyyətin dəstəyini ən yaxından hiss edəcəkləri mesajını çatdırmaqdır.

“Tut əlimdən” layihəsinin ilk iştirakçıları şəhid Teymur Abbasovun övladları Feyruz və Siruz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla görüşüblər. İlkin tanışlıqla başlayan və aralarında dostluq münasibətlərinin yaranması ilə yekunlaşan bu görüşdən hazırlanmış veriliş bu gün saat 18.30-da AzTV-də yayımlanacaq.

Vətən naminə canlarını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək onların yanında olduğumuzu göstərək, onlara dost və sirdaş olaq!

Əlil Təşkilatları İttifaqı

   



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 417 dəfə oxunub




Flag Counter






» 6/12/2022- Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb

» 6/12/2022- Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub

» 6/12/2022- “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

» 6/12/2022- Əlilliyi olan şəxslərin məşğulluq imkanları müzakirə olunub

» 5/12/2022- QHT-lər bu halda cərimələnəcək - QANUN LAYİHƏSİ

» 3/12/2022- Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

» 3/12/2022- QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb