22 Oktyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/10/2021 Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları


Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir.

İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.

Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırıb.

Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir. Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.

Raket hücumları BMTAvropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır.

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 80 dəfə oxunub




Flag Counter






» 21/10/2021- 20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 20/10/2021- Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi

» 21/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/10/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatdı

» 18/10/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş oldu

» 18/10/2021- Dövlət başçısının yeni Sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək?

» 19/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/10/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar

» 16/10/2021- Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- Böyük Britaniyanın müvafiq qurumları ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

» 15/10/2021- Hamı üçün layiqli iş. Əlilliyi olan şəxslər üçün təlimlər.

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/10/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/10/2021- Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

» 12/10/2021- QHT nümayəndələri təlimə dəvət olunur - ELAN

» 11/10/2021- Samux rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı oldu

» 11/10/2021- Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları