04 Mart 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/12/2021 Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi


Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi

 

Mərkəz il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada

reabilitasiya xidmətləri göstərəcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qəbələ rayonunda Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verilib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirdən əvvəl Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayevlə birgə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Mərkəzin açılışı tədbirində S.Babayev bildirib ki, 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günündə ölkəmizdə daha bir reabilitasiya müəssisəsinin – Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının növbəti təzahürüdür.

Nazir qeyd edib ki, 2019-2020-ci illərdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 11 ayında 7500-dən çox əlilliyi olan şəxsə xidmət göstərilib, əlilliyi olan 8 min şəxs 40 mindən artıq protez-ortopedik və digər reabilitasiya vasitəsi ilə təmin edilib.

Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 1600 qaziyə xidmət göstərildiyini deyən S.Babayev 1100-dək Qarabağ müharibəsi əlilinə 10800 reabilitasiya vasitəsi verildiyini, 164 hərbçinin 172 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyini bildirib. O, Nazirliyin Bakıda iki Uşaq Reabilitasiya Mərkəzinin olduğunu, müasir tələblərə uyğun qurulmuş həmin mərkəzlərdə il ərzində 3 minədək uşağın  tibbi, sosial, həmçinin tədris-peşə reabilitasiya tədbirləri ilə əhatə olunduğunu bildirib. Uşaq reabilitasiya infrastrukturunun genişləndirilməsi işlərinin aparıldığını deyən nazir bu gün Qəbələdə daha bir belə mərkəzin açıldığını qeyd edib. Gələn il Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyini bildirib.

S.Babayev diqqətə çatdırıb ki, yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verəcək.

S.Abdullayev ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində mühüm işlərin aparıldığını vurğulayıb. O, Qəbələdə belə bir mərkəzin yaradılmasının bölgədə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya xidmətləri ilə təminatına mühüm bir dəstək olduğunu bildirib.

Sonra Uşaq Reabilitasiya Mərkəzində yaradılmış şəraitə baxış olub. 

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisə müasir cihazlarla, tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Müəssisədə bölgədəki rayonlar üzrə il ərzində 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstəriləcək. Tədris-peşə reabilitasiyası, müəyyən tədris metodikaları da həyata keçiriləcək. Eləcə də musiqi, əmək terapiyaları əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanacaq.

Əlil Təşkilatları İttifaqı  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 917 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”

» 14/12/2023- Gənclər və İdman naziri cənab Fərid Qayıbov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və təşkilatın idmançı üzvləri ilə görüş keçirib.

» 12/12/2023- 12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür.

» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!