29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/12/2021 Sosial müavinətlərin məbləği artırıldı


20-12-2021
Yeni sosial islahatlar – 2022
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müavinətləri artdı
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin
sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar
bu istiqamətdə növbəti mühüm addım olmaqla, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I
dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq
edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutur.
 
Belə ki, əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən:
I dərəcə üzrə — 150 manatdan 220 manata,
II dərəcə üzrə — 130 manatdan 180 manata,
III dərəcə üzrə — 110 manatdan 120 manata çatdırılacaq.
 
Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə
üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb.
 
Bu müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq
təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur.
 
Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə
əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II
dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində
növbəti dəfə olmaqla orta hesabla 50% artırılıb.
 
Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də
60% artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.
 
Beləliklə, müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya
almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə
530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə
müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur.
 
Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla
aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat
alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72%,
81% və 97% çoxdur.
 
Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə isə son 3 ildə bu artımlar
dərəcələr üzrə müvafiq olaraq 50%, 59% və 112% təşkil edir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan
200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də
təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artımla 50 manatdan 80 manata
çatdırılıb.
 
Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin
əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla
onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial
ödəniş ediləcəkdir.
 
Xatırladaq ki, dövlət başçısının yeni Fərman və Sərəncamları əlilliyi olan şəxslər və
digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsin, o cümlədən 132 min doktorant və
tələbənin əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin
gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat
ayrılıb.
 
Əlil Təşkilatları İttifaı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 812 dəfə oxunub




Flag Counter






» 29/1/2022- Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

» 28/1/2022- Əlil Təşkilatları İttifaqının (ƏTİ) 28 yanvar 2022-ci il tarixdə iclası keçirilmişdir.

» 28/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!