29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/12/2021 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2019-cu il 4 mart tarixli 73 nömrəli, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarının ləğv edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli 12 nömrəli, “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti   Qaydalar”ın   təsdiq   edilməsi   barədə”   2020-cı   il 11 iyun 199 nömrəli və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2020-ci il 30 dekabr tarixli 519 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 22 iyun tarixli 346-VIQD nömrəli Qanununun tətbiqi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il

4 mart tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 507; 2020, № 9, maddə 1239, № 10, maddələr 1281, 1291, № 11, maddə 1408) ilə təsdiq edilmiş “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.1.2.2-ci yarımbənddə “sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların” sözləri “əlilliyi olan şəxslər üçün təkərli oturacaqların” sözləri ilə əvəz edilsin;
  2. 2.3.5-ci yarımbənddə “sağlamlıq imkanları məhdud şəxslərin arabaları” sözləri “əlilliyi olan şəxslərin təkərli oturacaqları” sözləri ilə əvəz edilsin;
  3. 2.3.1.10-cu yarımbənddə “sağlamlıq imkanı məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;
  4. 2.3.7-ci yarımbənddə “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

16 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 69) ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayi- nəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndinə “şəxsin fərdi    identifikasiya    nömrəsi    (FİN),”    sözlərindən    sonra    “həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri” sözləri əlavə edilsin.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il

11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789; 2021, № 5, maddə 504, № 6 (IV kitab), maddələr 662, 673, № 7, maddə 884;

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 oktyabr tarixli 330 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın 2.1.3.2-ci yarımbəndində “sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri əvəz edilsin.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1620; 2021,

№ 6 (IV kitab), maddə 670) ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.10-cu bənddə “sağlamlıq imkanları məhdud 18 yaşı- nadək uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin;
  2. 2.11-ci bəndin ikinci cümləsində “əlillik dərəcəsi, əlilliyin səbəbi” sözləri “orqanizmin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə əvəz edilsin;
  3. həmin Qaydaya 1 nömrəli əlavə - “Fərdi Reabilitasiya Proqramı” üzrə:
    1. 10-cu bənddə “Əlillik dərəcəsi” sözləri “Orqanizmin funksiyalarının pozulması faizi” sözləri ilə əvəz edilsin;
    2. 27-ci bəndin cədvəlinin “Psixoloji-pedaqoji reabilitasiya tədbirlərinin adı” sütununun dördüncü sətrində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilsin.
  1. Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 23 dekabr 2021-ci il

№ 408

 

 

Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 498 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 29/1/2022- Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

» 28/1/2022- Əlil Təşkilatları İttifaqının (ƏTİ) 28 yanvar 2022-ci il tarixdə iclası keçirilmişdir.

» 28/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!