29 Yanvar 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/12/2021 Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 ili tamam olur


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

yaradılmasının 103 ili tamam olur

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 ili tamam olur. 1918-ci il dekabrın 26-da Poçt, Teleqraf və Əmək Nazirliyi, daha sonra ayrıca qurum kimi Əmək Nazirliyi yaradıldı. Həmin gün (1918-ci ilin 26 dekabrı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradıldığı gündür.

Poçt, Teleqraf və Əmək Nazirliyi və az sonra qurulan Əmək Nazirliyi əmək, məşğulluq, sosial müdafiə sahəsində mühüm qərarlar qəbul edib, sosial əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində bir sıra zəruri addımların atılmasına nail olub.

1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial inkişaf istqamətində də böyük irəliləyişlər əldə olunub. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən respublikamıza rəhbərliyə qayıtdıqdan sonra da müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməklə bərabər, dövlətimizin uğurlu sosial siyasətinin formalaşmasını, sosial rifahın yaxşılaşdırılması, həssas qrupların dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanmasını təmin edib.

Bu sosial siyasət  Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması nəticəsində son 18 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması, əhalinin məşğulluq imkanlarının artırılması, əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb.

Ölkə Prezidentinin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən öz fəaliyyətnin bütün istiqamətləri üzrə reallaşdırılan islahatlar geniş miqyas alıb, sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib.

Nazirliyin yaradılmasının 103 illiyi dövlət başçısının uğurlu sosial islahatlar proqramının nəticəsi olaraq vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərlə, əmək, məşğulluq, sosial təminat, əlillik və reabilitasiya sahələrində vətəndaş məmnunluğu prinsipinə uyğun müasir, innovativ yanaşmaların geniş tətbiqi nəticəsində əldə olunmuş nailiyyətlərlə qeyd edilir.

 

 

Əlil Təşklatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 472 dəfə oxunub




Flag Counter






» 29/1/2022- Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

» 28/1/2022- Əlil Təşkilatları İttifaqının (ƏTİ) 28 yanvar 2022-ci il tarixdə iclası keçirilmişdir.

» 28/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2022- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb

» 27/1/2022- Göygöl rayonundakı Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir

» 26/1/2022- Masallı və Salyan rayonlarında əlilliyi olan və hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst girişinin təmin olunması məqsədi ilə 18 qurumun yerləşdikləri binaların girişində standartlara uyğun 11 platforma liftlər və ramplar quraşdırmışdır.

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/1/2022- Ədliyyə Nazirliyinin "Çağrı Mərkəzi"nin yeni 881 nömrəsi təqdim edildi - VİDEO

» 24/1/2022- “2021-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb”.

» 24/1/2022- Milli Məclisin İnsan hüquqları komitəsi yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

» 22/1/2022- Mədəniyyət Nazirliyi yanında İctimai Şurada 2021-ci il üzrə görülən işlər barədə məlumat.

» 24/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/1/2022- “Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

» 22/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/1/2022- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər YENİLƏNİB VİDEO

» 20/1/2022- 20 yanvar - Birlik günü

» 20/1/2022- 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə olunub

» 18/1/2022- QARABAĞ AZƏRBAYCANDIR!