10 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/12/2021 “Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi qeyd olunur

“Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar Nazirlik tərəfindən hazırlanmış “Əlillik qüsur deyil” kitab-albomunun II nəşrinin təqdimatı keçirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, istedadlı əlilliyi olan şəxslər və s. iştirak ediblər.

Mərkəzin foyesində “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə təqdim edilən əsərlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə, onun yaradıcılığına həsr olunub.

Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar.

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimat tədbirində S.Babayev Nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının dəfələrlə genişləndiyini, sosial ödənişlərdə artımların ardıcıl xarakter aldığını diqqətə çatdırıb.

O, 2021-ci ilin ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında rolunu xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz əlilliyi olan şəxslər və digər həssas qruplar üçün Cənubi Qafqazda ilk dəfə olaraq çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. 

S.Babayev əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, bu il də əlilliyi olan şəxslərin əl işlərinin 10 satış-sərgisi, həmin şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. Ötən dövrdə Nazirliyin dəstəyi ilə yaradıcı əlilliyi olan şəxslərin iştirak etdiyi müxtəlif tamaşalar, onların yaradıcılıq potensialının cəmiyyətə tanıdılması, sosial inklüzivliyi təbliğ edən müxtəlif layihələr hazırlanaraq həyata keçirilib.

Nazirliyin layihəsi kimi, 2018-ci ilin dekabrında sosial müəssisələrin 60-dək istedadlı sakini və yaradıcılıq nümunələri barədə məlumatları əhatə edən ilk nəşr olaraq, 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu nəşr edilib. Azərbaycan və ingilis dillərində olan kitab-albomun yeni, ikinci nəşrində də əlilliyi olan şəxslərin yaradıcı potensialı barədə məlumatlar əhatə olunur.

Hər iki nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Məqsəd əlilliyin heç də bir qüsur və mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı mesajını öz uğur hekayəsini yaradan əlilliyi olan şəxslərin timsalında bir daha cəmiyyətə çatdırmaqdır.

Tədbirdə çıxış edənlər Azərbaycanda sosial sahədə aparılan geniş miqyaslı islahatların, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımların dövlət başçısının güclü sosial siyasətinin təzahürü olduğunu vurğulayıblar.

Tədbir iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə də tanış olublar.

 

 

Əlil Təşkilatları İttifaqı 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 624 dəfə oxunub




Flag Counter






» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib