22 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/1/2022 Dövlət Məşğulluq Agentliyi ötən il 77 mindən çox işsiz və işaxtaran şəxsi işlə təmin edib


Dövlət Məşğulluq Agentliyi ötən il 77 mindən çox işsiz

və işaxtaran şəxsi işlə təmin edib

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Bu barədə məşğulluq sahəsində ötən ilə dair fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin 2022-ci ildə də əsas hədəflərdən olduğunu qeyd edib.

İclasda bildirilib ki, ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla, onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,6 dəfə çoxdur.

Həmçinin Nazirlik və Dünya Bankının  birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatına da artıq başlanıb. Bu layihə özünüməşğulluq proqramının daha da genişlənməsinə mühüm dəstək olaraq, 22 min işsiz şəxsin özünüməşğulluq formasında kiçik biznes qurmasına dəstək olacaq.

2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər,  peşəyönümü məsləhət xidmətlərinə 1886 nəfər cəlb olunub. 3734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlilləri və iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin, onların ailə üzvlərinin məşğulluğuna dəstək işləri də qeyd edilib. Postmüharibə dövründə bu kateqoriyalara aid 10 minədək şəxsin məşğulluğuna dəstək göstərildiyi, o cümlədən 6 minədək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi, 4 minədək şəxsin işlə təmin olunduğu diqqətə çatdırılıb. 

Bu günlərdə Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinin ISO beynəlxalq sertifikatı aldığı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olduğu qeyd edilib, artıq yaxın vaxtlarda bu standart üzrə peşə hazırlığının təşkil ediləcəyi bildirilib.

İclasda əsas prioritetlərdən biri kimi məşğulluq xidmətlərinin rəqəmsal platformasının qurulması və keyfiyyətinin artırılması, aktiv məşğulluq proqramlarının  daha da genişləndirilməsi sahəsində görülmüş işlərdən, 2022-ci ildə Dövlət Məşğulluq Agentliyi qarşısında duran vəzifələrdən də bəhs olunub.

 

 

  Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 147 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi