XƏBƏRLƏR




- 13/1/2022 Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir reabilitasiya müəssisəsində - Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə KİV nümayəndələrinin tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil edilib.
Qeyd olunub ki, ötən il ümumilikdə, Agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.
Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.
Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Şəki Reabilitasiya Mərkəzində limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya, amplipuls, fonoforez, qısa dalğa diotermiya, UVÇ, zərbədalğa terapiya, elektroforez, müalicəvi masaj, hidromasaj, traksiya, müalicəvi bədən tərbiyəsi terapiyası və digər prosedurlar həyata keçirilir. Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur. Ötən il Mərkəzdə əlilliyi olan 500-dən çox şəxsə ambulator və stasionar şəkildə reabilitasiya xidmətləri göstərilib.
Postmüharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habelə şəhid ailəsi üzvlərindən ibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.
KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 168 dəfə oxunub