24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/3/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Solğun sevgilər” tamaşasının təqdimatı oldu


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Solğun sevgilər”

tamaşasının təqdimatı oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının əməkdaşlığı çərçivəsində “Solğun sevgilər” tamaşasının təqdimatı olub.

Görkəmli dramaturqumuz Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan tamaşanın təqdimat mərasimində hökümət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş çəmiyyətinin nümayəndələri iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılşı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü nəticəsində  yaradılan Mərkəzdə xalçaçılıq, tikiş, toxuma, metal və ağac üzərində oyma, təsviri sənət, keramika, floristika, landşaft dizaynı, musiqi, audio-səsyazma və s. studiyaları, inzibati otaqlar, kitabxana fəaliyyət göstərir. Həmin bölmələrdə əlilliyi olan şəxslərin müvafiq istiqamətlərdə peşə bacarıqlarının inkişafına dəstək işləri aparılır.

Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün 121 yerlik auditoriya da fəaliyyət göstərir. Bir qədər əvvəl auditoriyada ilk tamaşa təqdimatı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ƏSA Teatrı tərəfindən hazırlanmış “And” tamaşası təqdim edilib.

Növbəti tamaşa isə “Solğun sevgilər” tamaşasıdır. Tamaşa insanları sevginin saflığını uca tutmağa çağırır, sədaqəti, səmimiyyəti, ülvi duyğuları təbliğ edir.

Qeyd edək ki, Nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından başlayaraq ƏSA Teatrı tərəfindən “Göy quş” tamaşası, “Nəsimi ili”nə bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları hazırlanaraq uğurla təqdim olunub. 

2019-cu ildə isə Nazirliyinin dəstəyi ilə  Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərdən ibarət “Oyun” Teatr-studiyası da yaradılıb. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə, birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

“Solğun sevgilər” tamaşanın yaradıcı heyətinin əksəriyyəti əlilliyi olan şəxslərdir. Yeniyetmə, uşaq və gənclərin rol aldığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 475 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi