16 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/4/2022 Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsi ziyarət olunub


Vətən Müharibəsi Qəhrəmanı, şəhid  polkovnik-leytenant

Orxan Əkbərovun ailəsi ziyarət olunub

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

O.Əkbərov şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə  şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə  “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övladı yadigar qalan şəhidimizin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib,  Vətən Müharibəsi Qəhrəmanı üçün nəzərə tutulmuş Prezident təqaüdü və ailə başçısını itirməyə görə pensiya ödənilir. Şəhidin həyat yoldaşı özünüməşğulluq proqramına cəlb edilib və kiçik ailə təsərrüfatı yaradılıb.  

Görüşdə şəhid O.Əkbərovun vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimizin, o cümlədən şəhid O.Əkbərovun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.

Şəhid ailəsinin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı vurğulanıb. 

 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 39 dəfə oxunub




Flag Counter






» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi

» 6/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 5/5/2022- Bu il 10 mindən çox, son 3 ildə 155 min şəxsə əlillik təyin olunub

» 5/5/2022- 5 may- beynəlxalq əlilliyi olan insanların hüquqlarının müdafiəsi günü

» 5/5/2022- “Əmək və Məşğulluq” altsistemi istifadəyə verildi

» 4/5/2022- DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi

» 4/5/2022- Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

» 4/5/2022- 50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edildi

» 4/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/5/2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər.