XƏBƏRLƏR




- 14/5/2022 Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Vətən müharibəsi əlillərinin də iştirakı ilə
inklüziv veloyürüş təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub. Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan veloyürüşdə bir qismi Vətən müharibəsi əlili olan 10 nəfər əlilliyi olan şəxs də iştirak edib.
Tədbirə Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi və ARB Media Qrup tərəfindən də dəstək verilib.
İnklüziv veloyürüşün məqsədi bu kateqoriyadan olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinə, idmana marağın artırılmasıdır.
Məqsəd həmçinin onları para-velosiped idman növünə cəlb etməklə cəmiyyətə inteqrasiya və sosial-psixoloji reabilitasiyasına dəstək verməkdir.
Tədbirin sonunda yürüş iştirakçıları təşəkkürnamə ilə təltif ediliblər.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 180 dəfə oxunub