03 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/5/2022 Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi


 

Əlilliyi olan şəxslərin peşəkar inkişafına yönələn layihənin

iştirakçılarına sertifikat və təşəkkürnamələr verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “PAŞA Bank” və ADA Universitetinin birgə icra etdiyi, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına xidmət edən “PAŞA Bank ilə başla” layihəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü Cəlal Orucov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və b. iştirak ediblər.

A.Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin, onların cəmiyyətə inteqrasiyasına və məşğulluğuna dəstək verilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Nazir müavini bu istiqamətlərdə ardıcıl addımlar atıldığını deyib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında önəmli rola malik olduğunu  vurğulayıb.

Bildirib ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət layihələrindən biri olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti ilə birgə icra olunan “PAŞA Bank ilə başla” layihəsi də əlilliyi olan şəxslərin bilik və bacarıqlarının, məşğulluq imkanlarının artırılmasına öz töhfəsini verir.

C.Orucov və F.İsmayılzadə layihənin ölkəmizdə həssas əhali qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı aparılan dövlət siyasətinin icrasına dəstək məqsədi daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, layihə üzrə 5 sahə (“SQL proqramlaşdırma”, “Help desk”, “Çağrı mərkəzi”, “Qrafik dizayn”, “Rəqəmsal marketinq”) üzrə təlimlər keçirilib. Təlimlərin yekununda bilik səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən imtahanlardan 68 nəfər uğurla keçib. Layihənin yekun mərhələsində 20  iştirakçı isə bir neçə şirkətdə təcrübə qazanmaq imkanı və iş yeri əldə edib.

Həmçinin “Korporativ DOST” könüllü altproqramı çərçivəsində də layihə üzrə 7 sessiyadan  ibarət təlimlər təşkil olunub. Təlimlərdə əlilliyin qiymətləndirilməsi strategiyaları və tibbi-sosial reabilitasiya, DOST Agentliyi tərəfindən əlilliyi olan şəxslərə göstərilən xidmətlər, əlilliyi olan şəxslərin işə qəbul proseduru, sosial xidmət sahəsində əlilliyi olan şəxslərə göstərilən xidmətlər və s. mövzular tədris olunub.

Sonra layihə iştirakçılarına sertifikatlar və təşəkkürnamələr təqdim edilib. Əlilliyi olan şəxslər layihənin onların peşəkar inkişafına verdiyi dəstəkdən məmnunluq ifadə ediblər.

Tədbirin sonunda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində musiqi istiqaməti üzrə təlim keçən əlilliyi olan şəxslərin ifasında konsert proqramı təqdim edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 119 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!