02 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/5/2022 Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb


Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində

əməkdaşlığa dair sənəd imzalanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub. Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırıb.

O, ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsinin həllində Pakistanın Azərbaycana daimi siyasi və mənəvi dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini  vurğulayıb, bu dəstəyə görə minnətdarlığını ifadə edib.

S.Babayev iki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələri də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirib.

Ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası barədə məlumat verən nazir sosial sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini vurğulayıb.

Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu bildirən B.Hayi iki ölkənin əməkdaşlıq əlaqələrinin daim genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. Sosial sahədə də bu əlaqələrin ildən-ilə genişlənəcəyinə əminliyini ifadə edib.

Görüş çərçivəsində S.Babayev və B.Hayi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayıblar.

Sənədin Azərbaycan və Pakistanın əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Memorandumda iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsi,  işsiz və işaxtaranlar üçün peşə hazırlığı, peşə standartlarının hazırlanması və tətbiqi, əməkçi miqrantların hüquqlarının təminatına nəzarətin həyata keçirilməsi və s.istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin sənəddə əlilliyi olan şəxslərin reabilitasiyası və məşğulluq imkanlarının artırılması, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərlə bağlı siyasətin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlıq edilməsi əksini tapır.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 271 dəfə oxunub




Flag Counter






» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Mina

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!