02 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/5/2022 Azərbaycanda reabilitasiya xidmətlərinə və köməkçi texnologiyalara əlçatanlığın genişləndirilməsi üzrə ÜST-nin missiyası öz işini yekunlaşdırıb


Bakı, 24 may, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda reabilitasiya və köməkçi texnologiya (KT) və xidmətlərə əlçatanlığın genişləndirilməsinə texniki dəstək göstərmək məqsədilə 4 günlük missiya həyata keçirib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, missiyanın məqsədi KT-nin Sürətli Qiymətləndirilməsi (rATA) üzrə ÜST-nin sorğusundan sonra növbəti addımları müəyyənləşdirmək, mövcud milli reabilitasiya və KT təchizatını və sistemini qiymətləndirmək, Azərbaycanın KT yol xəritəsinin gələcək inkişafına dəstək olmaq, o cümlədən reabilitasiya və KT-nin səhiyyə və sosial siyasət sistemlərinə inteqrasiyası üzrə texniki yardım göstərməkdən ibarət olub.

ÜST-nin Avropa üzrə regional ofisindən reabilitasiya və əlilliyin inklüzivliyi üzrə texniki direktor Kathal Morqan, köməkçi texnologiyalar üzrə regional məsləhətçi Andrea Pupulin və “ATscale - köməkçi texnologiyalar üzrə Qlobal Tərəfdaşlığı”n siyasət və sistemlər üzrə mütəxəssisi Anil Kaşyapdan ibarət missiya Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, USAID, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, UNICEF və əlilliyi olan şəxslərlə işləyən QHT-lərin nümayəndələri ilə görüşüb. Missiya üzvləri, həmçinin 1 saylı şəhər poliklinikası və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzi, DOST Agentliyini ziyarət edib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyasına baxış keçirib.

ÜST insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyə sistemlərində reabilitasiya və köməkçi texnologiya məhsullarına əlçatanlığın genişləndirilməsi ilə bağlı qlobal miqyasda təşəbbüslər həyata keçirir. Bu həyati əhəmiyyətli sahələr Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edilmiş “Reabilitasiya 2030 Fəaliyyətə Çağırış” və “Köməkçi Texnologiyalar üzrə Qlobal Əməkdaşlıq” (GATE) təşəbbüslərində öz əksini tapan qlobal fəaliyyət çağırışlarının əsasını təşkil edir.

“ATscale - Köməkçi Texnologiyalar üzrə Qlobal Tərəfdaşlıq“ 2030-cu ilə qədər daha 500 milyon insanın köməkçi texnologiyalara əlçatanlığını təmin etmək üçün fəaliyyətin sürətləndirilməsini nəzərdə tutur. Bu, sektorlararası tərəfdaşlıq dəyişikliyi sürətləndirmək, mövcud fəaliyyəti inkişaf etdirmək və əlaqələndirmək, o cümlədən uyğun KT-yə əlçatanlığı artırmaq üçün qlobal tərəfdaşları vahid strategiyalarla səfərbər etmək məqsədi daşıyır. Sözügedən təşəbbüs həmçinin səhiyyə və sosial qayğı sisteminin tərkib hissəsi kimi reabilitasiyanın inkişafı və gücləndirilməsi üçün olduqca əhəmiyyətlidir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 249 dəfə oxunub




Flag Counter






» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Mina

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

» 18/11/2022- Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!