24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/6/2022 Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi


Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

Qazilərə avtomobillər təqdim edildi

Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının daha bir təzahürü kimi və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.

Avtomobillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, millət vəkili Arzu Nağıyev, Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.

A.Kərimov bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxmasını təmin edən Ulu öndərin xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm addımlar atıldı. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillə təminatına başlandı.

Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın sürətli inkişaf yoluna çıxmasını, həmçinin aparılan sosial siyasətin ildən-ilə güclənməsini təmin edib.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub. Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib.

2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzil,  ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara  verilib.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.

Hazırda Vətən müharibəsi əlillərinə  təqdim edilən 50 avtomobil də daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 499 dəfə oxunub




Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi