03 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/6/2022 Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq


Əlillik sahəsində fundamental islahat:

 

Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma

dərəcələri əsasında müəyyən olunacaq

 

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş və əlillik sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun fundamental dəyişikliyi nəzərdə tutan yeni “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minəcək. Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.

Bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.

Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:

· özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi, gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):

ü I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

ü II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;

ü III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması, onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;

· sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı):

ü I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

ü II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;

ü III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin daimi köməyinə ehtiyacın olması;

· istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı):

ü I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;

ü II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;

ü III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması;

· ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):

ü I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

ü II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;

ü III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması;

· davranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı):

ü I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;

ü II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;

ü III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;

· öyrənmə bacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):

ü I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

ü II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;

ü III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə həmin bacarıqları qavramaq çətinliyinin olması;

· əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):

ü I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;

ü II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;

ü III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı.

Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının 81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60 faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq.

Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə xidmət edir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 73 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!