03 İyul 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/6/2022 Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir


Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların (hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.) rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin təmin olunmasına xidmət edir.

Dövlət başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Həmin vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə görə ödənişin verilməsi isə  Dövlət Sığorta Kommersiya Şirkətinin öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik edilib.

Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.

Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi 2021-ci ilin 1 yanvarından sonraya aid olduqda  isə sığorta ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondu verəcək.

Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına,  vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır.

Dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü islahatlar aparılır. İslahatlar həmin sahədə müasir, optimal və çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada, şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi islahatların prioritetlərindən biridir.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 64 dəfə oxunub




Flag Counter






» 30/7/2022- Əlil Təşkilatları İttifaqı - tədbirlər 06

» 30/6/2022- Abşeron rayonunda yeni günərzi qayğı mərkəzi açıldı

» 29/6/2022- Qanuna yeni dəyişikliklər pensiya sisteminin humanist yanaşmalar əsasında əhatə dairəsini daha da genişləndirəcək

» 28/6/2022- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

» 28/6/2022- QHT nümayəndələrinin Şuşaya 2 günlük səfəri başlayıb

» 26/6/2022- Regionlarda “DOST” mərkəzləri yaradılır

» 25/6/2022- Nazirlik ötən il 45, bu il isə 6 qrant müqaviləsi qeydə alıb

» 25/6/2022- QHT-lər tərif siyasətindən tənqid siyasətinə keçməlidir

» 25/6/2022- İctimai Şuralara keçirilən seçkilər ilə bağlı sorğu keçirilib

» 24/6/2022- Əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs üçün kiçik bizneslər yaradıldı

» 24/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/6/2022- “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu

» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!