13 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/6/2022 “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu


“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı

Şuşada təqdim olundu

 

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşa şəhərində təqdim olunub. DOST Agentliyinin Müşahidə Şurasının Şuşada keçirilən iclası şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ildə Vətən müharibəsindəki möhtəşəm tarixi Zəfərindən bəhs edib.

Ərazilərimizin, o cümlədən doğma Şuşamızın Ermənistanın 30 il davam etmiş işğalından azad edildiyini bildirən S.Babayev DOST konsepsiyasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə də genişlənməsi üçün işlər aparıldığını deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində 27 may 2022-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə ilk “Smart DOST” xidmət məntəqəsi artıq istifadəyə verilib. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalana biləcək.

DOST Agentliyi dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin – 154 xidmətin “bir pəncərə”dən, modern, çevik və tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib.

2019-cu ilin may ayından artıq 5 DOST mərkəzi açılıb. Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, DOST xidmətlərindən vətəndaş məmnunluğu isə 98,5%-dir. 2025-ci ilə kimi ölkəmizdə ümumilikdə 17 regional DOST mərkəzinin, 55 rayon üzrə DOST filiallarının, həmçinin bir sıra ərazilərdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulur.

İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı hesabat verib və “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın təqdimatını edib. Proqram əsasında yaradılacaq DOST mərkəzləri və filialları, “Smart DOST” xidmət məntəqələri barədə məlumat verilib.

Şuşa şəhərində yerləşən 4 mərtəbəli köhnə poçt binasının birinci mərtəbəsində Şuşa DOST filialının yaradılacağı, binaya  giriş, xidmət otaqları, iş sahəsi və xidmət zalının DOST mərkəzlərinin interyer konsepsiyasına uyğun tərtib olunacağı bildirilib.

DOST Agentliyinin kənar auditorunun təyin edilməsi, “Könüllü DOST” proqramının icrası işləri, Agentliyin fəaliyyəti ilə bağlı digər təşkilati məsələlər də müzakirə olunub.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 83 dəfə oxunub




Flag Counter






» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb