01 Oktyabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/7/2022 Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib


Nazir Sahil Babayev Qobustan rayonunda

vətəndaşları qəbul edib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Qəbuldan əvvəl S.Babayev və Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı məşğulluq proqramlarına cəlb edilmə, sosial təminat, əlilliyin qiymətləndirilməsi, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Nazir Sahil Babayev rayon sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyevlə də görüşüb. O, şəhid qəhrəmanımızın ailəsinin sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı müraciətlər yerindəcə araşdırılıb və aidiyyəti tədbirlər görülüb. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib.

Müraciətlərinə əsasən ayrı-ayrı şəxslər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına dəstək verilməsi, peşə hazırlığına cəlb edilmələri, eləcə də ünvanlı sosial yardım proqramı ilə əhatə olunmaq hüquqlarına baxılması, əlilliyin təkrar qiymətləndirilməsi və s. üçün qeydiyyata alınıblar.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 165 dəfə oxunub




Flag Counter






» 1/10/2022- 1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür

» 30/30/2022- ÜST Azərbaycan hökuməti ilə reabilitasiya və köməkçi texnologiyalar (AT) sahəsində əməkdaşlığı davam etdirir.

» 29/9/2022- Nazir müavini Hidayət Abdullayev şəhid Fərid Quliyevin ailəsini ziyarət edib.

» 29/9/2022- “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” adlı layihə

» 28/9/2022- Pensiya islahatında yeni mərhələ - pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşmaya keçilir

» 28/9/2022- Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/9/2022- “20 Yanvar” İB-i “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlayıb

» 20/9/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edib

» 20/9/2022- "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam edir

» 20/9/2022- “Gənclərin Karyera və Təcrübə Mərkəzi” adlı layihə yekunlaşdı.

» 20/9/2022- “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb.

» 19/9/2022- “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihənin icrasına başlamışdır.

» 16/9/2022- Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə adlı layihəsinin icrasına başlayıb.

» 15/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/9/2022- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar B Ə Y A N A T I