24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27//2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub

Tamaşada baş rolları əlilliyi olan şəxslər oynayıblar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.

Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl tədbir iştirakçıları mərkəzdə yaradılan şəraitlə, təlim və yaradıcılıq bölmələri ilə tanış olublar.

Satirik janra aid olan əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri əks olunur.  Əsərdə hadisələr 3 əsas qəhrəman ətrafında cərəyan edir. Yaradıcı heyətin tamaşaçılara ötürmək istədiyi ideya sadədir: ünsiyyətdə səmimiyyət və qarşısındakını anlamaq istəyi olmayanda “eqo” önə keçir, beləliklə, insanlar arasında olan incə rabitə və dostluq əlaqələri qırılır.

Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi, əməkdar artist Vüqar Camalzadə, baş xoreoqrafı rəqs üzrə təlimçi xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqrafı isə təlimçi Fərid Mehdiyevdir.

İnklüziv tamaşada Mərkəzdə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslər, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru öz müəllif baxışını səhnə əsərinə köçürüb. Onun tamaşaya əlavə etdiyi kadril, kazak, didişmə, vals və toy rəqs nömrələri əsərə maraqlı rəngarənglik qatıb.

Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını mərkəzin dərzilik kursunun benefisiarları ərsəyə gətirib. 55 dəqiqə davam edən səhnə əsəri üçün xüsusi dekorasiyalar da hazırlanıb.

Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

Yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa", "Küllücə" və "Oyun" teatrları ilə  əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə "Göy quş", "Nəsimi", "And" və "Solğun çiçəklər" tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 244 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi