XƏBƏRLƏR




- 2/11/2022 Rumıniya nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda olub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Rumıniya nümayəndə heyəti Dövlət Sosial Müdafiə Fondunda olub
Ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nümayəndə heyətinə son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər barədə məlumat verib.
Sosial ödənişlərdəki ciddi artımlar, DSMF-də idarəçiliyin şəffaflaşdırılması və optimallaşdırılması, əhaliyə xidmətlərin çevik və proaktiv qaydada qurularaq keyfiyyətinin yüksəldilməsi sahəsində aparılmış ardıcıl islahatlar qeyd olunub.
Bu günlərdə Dünya Sosial Təminat Forumunda (Mərakeş) Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən DSMF-nin “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” üzrə iki Mükəmməllik Sertifikatı, DOST Agentliyinin “Xidmət keyfiyyəti” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif edildiyi, Fond sədrinin BSTA-nın Büro üzvü və Komitə sədri seçildiyi bildirilib.
Ümumən DSMF və DOST Agentliyinə cari ildə 11 beynəlxalq mükafat, eləcə də Nazirliyin qurumlarına 2021-2022-ci illərdə 12 beynəlxalq ISO sertifikatı təqdim olunduğu qeyd edilib.
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov ölkəmizdə pensiya təminatı və sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edib.
Xatırladaq ki, Rumıniya nümayəndə heyətinin səfəri çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.
Sənəddə digər müvafiq fəaliyyət sahələri ilə yanaşı, pensiya təminatı və sosial müavinətlər sahəsində də bilik və qabaqcıl təcrübələrin mübadiləsi nəzərdə tutulur.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 368 dəfə oxunub