05 Dekabr 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/11/2022 Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır


Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır

Araşdırma Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Azərbaycan Əlillər Cəmiyyəti tərəfindən həyata keçirilən “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə” layihə çərçivəsində həyata keçirilmişdir

2022-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanda əlilliyi olan şəxslərin sayı 559.2 min nəfər olub ki, bu da ölkə əhalisinin 5.6 faizinə bərabərdir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların zəruri təminatı kimi məsələlər müxtəlif sosial müdafiə mexanizmlərinin əsas istiqamətini təşkil edir. Belə ki, bu sosial qrup müavinat, erkən pensiya hüququ, təqaüd, reabilitasiya və müalicə, nəqliyyat vasitələri, yaşayış sahəsi ilə təminetmə kimi müxtəlif sosial müdafiə proqramları ilə əhatə edilir. Lakin, bütün bu mexanizmlər passiv gəlirlər kateqoriyasına daxil olub əlilin fərdi bacarıqları, əmək və sahibkarlıq təcrübəsi, təhsili, yaradıcılığı və səyindən asılı deyil. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə müəyəən edilən 5 mühüm prioritetdən biri də “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”  prioritetidir. O da aydındır ki, inkluziv cəmiyyət deyildikdə icmanın bütün fərdlərinin, o cümlədən fiziki məhdudiyyətli şəxslərin də iqtisadiyyatda və əlavə dəyərin yaradılmasında iştirakçılığı başa düşülür.

Statistik məlumatlardan aydın olur ki, cari ilin əvvəlinə əmək qabiliyyətli yaşda olan əlillərin sayı 500 min nəfərdən çoxdur ki, hazırda onların əhəmiyyətli hissəsi ya işləmir, yaxud layiqli işlərdə, öz bacarıqlarını göstərə biləcək işlərdə işləmədiyini düşünür. Başqa sözlə ictimailəşən məlumatlardan aydın olur ki, Azərbaycanda hazırda hər 10 əlil şəxdən yalnız biri işləyir. Baxmayaraq ki, “Əmək Məcəlləsi” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunu əlillərin əmək fəaliyyəti ilə məşğul olmasına hər hansı ciddi məhdudiyyətlər müəyyən etmir, əksinə onların məşğulluğunun təşviqi məqsədi ilə, müəssisələrdə kvotalar üzrə işə cəlbetmə, sosial iş yerlərindən əmək haqqının birgə maliyyələşdirilməsi, özünüməşğulluq proqramlarından istifadədə öncəliyin tanınması kimi bir sıra üstünlüklər müəyyən edir. Əmək Məcələsinin 16-cı maddəsində qeyd edilir: “Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.” Müvaviq Məcəllənin 66-cı bəndi ilə vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər atestasiyadan azad edilir.

Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsində qeyd edilir ki, “Dövlət əlilliyi olan şəxslərin fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımi şərait yaradır, iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə stimullaşdırıcı tədbirlər həyata keçirir, ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verir.”

Təbii ki, əlilliyi olan şəxslər üçün yeganə əlavə gəlir mənbəyi muzdlu işlərdən əldə edilən gəlirlər deyil. Bu sosial qrupun təmsilçiləri fərdi sahibkarlıla, hüquqi və fiziki şəxs yaratmaqla bizneslə məşğul olmaq hüququna malikdirlər. Bu yazı Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün mövcud olan dəstək mexanizmləri haqqında məlumatların ümumiləşdirilmiş formada təqdim edilməsi məqsədi daşıyır.

İlk olaraq qeyd edək ki, Azərbaycanda hazırda işlək olan sahibkarlığı dəstəkləyən mexanizmlərin xüsusiyətləri üzrə aşağıdakı 10 növ üzrə qruplaşdırmaq olar:

1. Biznes bacarıqlarının artırlması -  buraya müxtəlif dövlət qurumlarının funksiyaları və səlahiyətləri çərçivəsində təşkil edilən təlimlər, məsləhət xidmətləri daxil edilir. Hazırda qeyd edilən istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünün strukturuna daxil olan KOB evləri, KOB İnkişaf Mərkəzləri, KOB dolstları kimi müxtəlif strukturlarla təmin edir. KOBİA - 2017-ci ildə yaradılıb, ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirir. Qurum öz xidmət və dəstəyini bir neçə mexanizm/platforma və alət vasitəsi ilə həyata keçirir.  

2. Maarifləndirmə yolu ilə təşəbbüslərin dəstəklənməsi – Dövlət Məşğulluq Agentliyi, KOBİA kimi qurumlar qanunvericilik, prosedurlar və müasir yanaşmalar haqqında bilikləndirmə, bazar araşdırması, biznes planlarının hazırlanması, hesabatlılıq və inzibatçılığın səmərəli təşkili kimi bir çox istiqamətlərdə hüquqi çərçivəsi, təşviqlər, məhdudiyyətlər haqqında davamlı bilikləndirmə layihələri həyata keçirirlər.

3. Biznez üçün sadələşdirilmiş prosedurlar/həllərin təklifi -  KOBİA dövlət və özəl sektor, o cümlədən maliyyə, sığorta, lisenziyaların verilməsi, sertifikatların əldə edilməsi kimi 1000-dən artıq xidmətləri özündə birləşdirən vahid KOB inkişaf mərkəzləri yaradır. Hazırda bu mərkəzlərdə 30-dan çox dövlət xidmətləri təqdim olunur. Bununla yanaşı, sahibkar olaraq qeydiyyata alınma, fəaliyyətin dayandırılması, bank hesablarının açılması, vergi və DSMF-na hesabatların verilməsi, kimi 400-dən çox xidmətin elektron hökumətə məxsus elektron platformalar üzərindən əldə edilməsi mümkündür ki, bu da zaman, xərc və əlçatanlıq aspektindən mühüm üstünlüklər təmin edir.

4. Güzəştli kreditlərə çıxış – Sahibkarlığın İnkişafı Fondu (SİF) vasitəsi ilə güzəştli kreditlərin verilməsi, İpoteka və Kredit Zəmantə Fondu tərəfindən kreditlərə dövlət zəmanətinin verilməsi, kredit xərcinin bir qisminin (kredit faizlərinin bir qisminin dövlət vəsaiti hesabına kompensasiya edilməsi) subsidiyalaşdırılması kimi imkanları bu kateqoriyaya aid edə bilərik. SİF-in məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etməkdir. Hazırda Fondun əsas funksiyası güzəştli kreditlərin verilməsi vasitəsi ilə həyata keçirilir. Güzəştli kreditlərin aşağıdakı növlərə ayrılır:

· Kiçik kreditlər: 5 min – 50 min manat məblığində 3 ilədək müddətdə verilir,

· Orta kreditlər: 50 min – 1 milyon manatadək məblığində 5 ilədək müddətdə verilir,

· Böyük kreditlər: 1 milyon – 10 milyon manatadək məbləğində 10 ilədək müddətdə verilir.

- Kənd təsərrüfatı məhsullarının istehsalında kiçik və ortahəcmli kreditlər üzrə müddət 2 il artırıla bilər.

- Kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edən güzəşt müddəti tətbiq olunur.

Fond güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 44 kredit təşkilatı, o cümlədən 22 bank, 10 bank olmayan kredit təşkilatı və 12 kredit ittifaqı ilə əməkdaşlıq edir. Hazırda MKT-nin filial şəbəkələrinin sayı 321-i regionlarda olmaqla 553-ə çatmışdır.

5. Sığorta dəstəyi - kənd təsərüfatın sahəsində fəaliyyət göstərən müəssisələrin xərclərinin 50 faizi aqrar sığorta mexanizmi çərçivəsində dövlət vəsaitləri hesabına ödənilir.

6. Təşviqlər – qeyri neft məhsullarının ixrac edən şirkətlərə ixrac dəyərinin 3-5 faizi məbləğində subsidiya, kənd təsərüfatında istehsala subsidiya, əkinə subsidiya, məhsula subsidiya, texnika və avadanlıqların lizinqlə alınması xərclərinin 50 faizinə qədərinin dövlət büdcəsi hesabına ödənilməsi kimi alətləri bu qrupa daxil etmək olar.

7. Vergi dəstəyi – Mikro sahibkarlıq subyektlərinin gəlir və mənfəət vergisinin 50 faizinin, torpar və əmlak vergisinin isə 100 faizinin vergidən azad edilməsi, sadələşdirilmiş veri (dövriyənin 2 faizi) rejimi kimi dəstəkləri bu qrupa daxil etmək olar. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.2-ci maddəsi əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azadolma hüququ verir.

8. Birbaşa dəstək - aktivlərlələ təminetmə, özünüməşğulluq proqramları və s.

9. Xərclərin optimallaşdırılması  - sertifikasiya xərclərinin, sərgilərdə iştirak xərclərinin bir qisminin sadələşdrilməsi

10. İnfrastuktur və yerlə təminetmə - Sənaye parkları, Sənaye məhəllələri, Aqroparklar, Turizm və Rekreasiya Zonalarının yaradılması və həmin ərazilərdə sahibkarlıq fəaliyyətinə uyğun kommunikasiya və kommunal infrastrukturla təmin etmə bu qəbildən olan dəstəklərə aid edilə bilər.

Göründüyü kimi, hazırda icrasında müşahidə edilən noqsanlara baxmayaraq sahibkarlığı dəstəkləyən xeyli sayda mexanizm, alət və imkanlar var. Əlilliyi olan şəxslər sadəcə məqbul (ağlabatan) ideyanı taparaq biznesə başlaya bilərlər ki, bu da onların və ailə üzvlərinin maliyyə müstəqiliyini təmin edə, rifah səviyyəsini isə əhəmiyyətli səviyədə artıra bilər.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 117 dəfə oxunub




Flag Counter






» 3/12/2022- 3 dekabr 2022. “İnklüziv inkişaf üçün transformativ həllər: əlçatan və ədalətli dünyanı gücləndirməkdə innovasiyaların rolu”.

» 3/12/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/12/2022- “Azərbaycanda mina partlayışı qurbanlarına yardım” mövzusunda dəyirmi masa keçirilmişdir.

» 1/12/2022- Pensiyaçılar arasında keçirilən “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

» 30/11/2022- Avropa İttifaqı "Yerüstü minalarsız Cənubi Qafqaz" regional kampaniyasını dəstəkləyir

» 30/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/12/2022- QHT Agentliyinin dəstəyilə uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri təşkil olunub

» 30/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə

» 30/11/2022- "Biz Birik - Sağlam və inklüziv həyat" layihəsi çərçivəsində sosial çarx

» 29/11/2022- Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi layihəsi uğurla başa çatdı

» 29/11/2022- "Fiziki-məhdudiyyətli şəxslərin idmanla cəmiyyətə inteqrasiyası" adlı layihə sona çatdı!

» 26/11/2022- "Biz bir ailəyik - biz qalibik" adlı tədbir keçirilmişdir

» 25/11/2022- Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb

» 25/11/2022- “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

» 25/11/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

» 24/11/2022- GESİD

» 23/11/2022- UNDP

» 21/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/11/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/11/2022- Əlilliyi olan şəxslərin sosial təminatı passiv gəlirlərdən asılı olmamalıdır