31 Yanvar 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/12/2022 Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub


Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə

sistemi və bu sahədə hədəflərdən bəhs olunub

 

Dünya Bankı tərəfindən müxtəlif ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə “Böhran və bərpa dövründə sosial müdafiə” mövzusunda virtual dəyirmi masa keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilmiş geniş miqyaslı tədbirlər paketini diqqətə çatdırıb.

Bu tədbirlər  çərçivəsində iş yerlərinin və əməkhaqlarının qorunması, hökumət tərəfindən maliyyələşdirilən yeni iş yerlərinin yaradılması və həssas qrupların kiçik biznesə çıxışına dəstək verən özünüməşğulluq proqramının genişləndirilməsi, birdəfəlik ödəmə proqramlarının icrası və s. istiqamətlərdə görülmüş işlər qeyd edilib.

Eyni zamanda, dövlət sosial xidmətlərinə rahat çıxışı və bu xidmətlərə əlçatanlığı artıran, şəffaflığa təminat verən innovativ və rəqəmsal həllərin tətbiqindən geniş istifadə olunduğu bildirilib. Habelə həssas qruplar üçün yeni sosial xidmət mərkəzlərinin yaradıldığı diqqətə çatdırılıb.

Hazırda ölkəmizdə 110 sosial xidmətin elektron qaydada təqdim edildiyi, onların yarısının proaktiv şəkildə həyata keçirildiyi qeyd edilib.  Tədbirdə ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflər barədə məlumat verilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 93 dəfə oxunub




Flag Counter






» 28/1/2023- Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı

» 28/1/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/1/2023- Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

» 26/1/2023- “Qrant haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur

» 2/1/2023- Sosial ödənişlərdə tətbiq edilən bütün artımlar vətəndaş müraciətinə ehtiyac olmadan e-qaydada aparılır

» 24/1/2023- Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib - FOTO +VİDEO

» 24/1/2023- Birgə Komissiyanın həmsədrləri Azərbaycan və Macarıstanın ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə etdilər

» 23/1/2023- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının onlayn ilk iclası keçirilib.

» 23/1/2023- Nazirlik tərəfindən mənzillərin onlayn qaydada satışına başlandı

» 23/1/2023- Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

» 21/1/2023- Ötən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib

» 20/1/2023- 20 JANUARY - DAY OF MOURNİNG AND NATİONAL PRİDE

» 19/1/2023- “Nar” 2023-cü ildə KSM siyasəti çərçivəsində peşə təlimlərini davam etdirir

» 19/1/2023- 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır

» 18/1/2023- Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

» 18/1/2023- Ötən il pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 361 mln. manat çox olmaqla 4 mlrd. 948 mln. manat yönəldilib

» 17/1/2023- Əlil Təşkilatları İttifaqı ilə Səhiyyə TV Məhdud Məsuliyyətli Cəmiyyəti arasında memorandum imzalanmışdır.

» 17/1/2023- QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur

» 17/1/2023- “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi olub

» 17/1/2023- Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı