04 Mart 2024-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/1/2023 Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı


Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının nümayəndələri olaraq 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüququn pozuntusudur. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyinin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.
Xüsusən 2020-ci il Vətən Müharibəsindən sonra İranda, o cümlədən İran mediasında və müxtəlif qurumlarda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması, Azərbaycana qarşı mənfi münasibətlər bu terror aktının törədilməsinə bir növ şərait yaratmışdır. İranda Azərbaycanın diplomatik korpusuna qarşı əvvəllər də müxtəlif xarakterli təhdidlər olub, bu haqda İrana müraciətlər olunub. Buna baxmayaraq İran dövləti bu təhdidlərin qarşısının alınması istiqamətində heç bir fəaliyyət göstərməyib və nəticədə bu xain terror aktı törədilib.
Görünən odur ki, xain terror aktını törədən şəxsin sərbəst şəkildə Azərbaycan Səfirliyinə gəlişi, “kalaşnikov”la səfirliyə hücumu öncədən planlaşdırılmış və bu hadisənin qarşısının alınması üçün İran tərəfindən heç bir addım atılmamışdır.
Hadisə nəticəsində Azərbaycan səfirliyinin əməkdaşının həlak olması və digər əməkdaşların yaralanması bütün Azərbaycan xalqını dərindən sarsıtmışdır.
Ümid edirik, eləcə də tələb edirik ki, bu hadisəni sifariş edənlər və törədənlər ən ağır şəkildə cəzalandırılacaq və bu hallar bir daha təkrarlanmayacaq.
Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri olaraq hesab edirik ki, Azərbaycan səfirliyinə hücumun məsuliyyətini İran bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatçılığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalıdır. Eyni zamanda, İran İslam Respublikasından hadisəni törədənlərin, sifarişçilərin, cavabdehlərin tapılıb cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Bununla yanaşı, Azərbaycan qeyri-hökumət təşkilatları olaraq günahkarların layiqli cəza alması məqsədilə bütün beynəlxalq təşkilatlara müraciət edir və bu terror hadisəsinə qiymət verilməsini tələb edirik.
 

 

 

Əlil Təşkilatları İttifaqı



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 440 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”

» 14/12/2023- Gənclər və İdman naziri cənab Fərid Qayıbov “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova və təşkilatın idmançı üzvləri ilə görüş keçirib.

» 12/12/2023- 12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günüdür.

» 10/12/2023- 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

» 9/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!