16 İyul 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/1/2012 AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ 2011-Cİ İL ÜZRƏ HESABATI


 

 

Azərbaycan Respublikası

Əlil Təşkilatları İttifaqının (ƏTİ) 2011-ci il üzrə

HESABATI

 

Ümumi məlumat

Son statistik məlumatlara görə Azərbaycanda 455 881 əlilliyi olan insan vardır.

Bunlardan 186 444 nəfəri qadınlar, 60 000-ə yaxını uşaqlardır.

324 700 nəfər əmək pensiyaçıları, 96 505 nəfər isə sosial müavinat alanlardır.

Əlilliyi olan insanların hüquqlarının qorunması və təmini üçün qanunvericilik sahəsində irəliləyişlər davam etmişdir. Mövcud qanunlarda dəyişikliklər olunmuş. “Sosial Xidmətlər haqqında” qanun vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunmuş və qəbul olunmuşdur. “Sosial sifariş haqqında da qanun layihəsi işlənmiş və müzakirə olunur.

      Lakin qanunlar və icra arasında hələ də böyük fərq vardır. BMT-nin Əlilliyi olan İnsanların Hüquqları üzrə Konvensiyanın qəbulundan və Azərbaycanın bu Konvensiya və Əlavə protokolu ratifikasiyasından sonra icra strukturu orqanlarında müəyyən dəyişikliklər vardır. Xüsusilə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli Məclisin Sosial Siyasət Komitəsi əvvəllər olduğu kimi bu sahədə fəaliyyətlərinin effekliliyini daha da artırmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keyfiyyətli və perespektivli fəaliyyətlər həyata keçirilməyə başlanmış, vətəndfaş cəmiyyəti proseslərə daha yaxından cəlb olunmuşdur. Mədəniyyət və Turizm, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində əlilliyə münasibətdə və problemlərin həllinə dəstək olunmasında irəliləyiş vardır.

  UNİCEF-in Azərbaycan nümayəndəliyi, BMT-nin İctimai İnformasiya Departamenti, İnsan Hüquqları Ali Komisarlığı, Dünyaya Baxış/ Azərbaycan, Amerika Hüquqşünaslar Assisiasiyası və digər beynəlxalq təşkilatlar əlillik problemlərinin həllinə diqqəti üstün tutmuşlar.

     İnfrastrukturun uyğunlaşdırılması diqqətin zəif olması yenə ən problemli sahə olaraq qalır. Ən əsas səbəblərdən biri kimi məhz buna görə əlilliyi olan insanlar öz sosial və digər problemlərini, xüsusilə təhsil və məşğulluq, həll edə bilmirlər və bu da dövlət üçün əlavə problemlər yaradır. Aparılmış monitorinq və müşahidələr göstərir ki, bu sahədə az da olsa fəaliyyətlər olsa da standartlara riayət olunmur. Bu səbəbdən də az da olsa görülən işlər əhəmiyyətini təmiz itirir, qoyulan maliyyəni səmərəsiz edir.

Ölkəyə gətirilən ictimai nəqliyyat vəsitələrinin müəyyən hissəsində müyəssərlik nəzərə alınsa da bunlar bu məqsədlər üçün istifadəsiz qalmışlar. 

 Yaxın gələcək göstərəcəkdir ki, bu məsələyə ümumi yanaşma olmasa görülən işlərin faydası olmayacaq və hazırda az miqdarda görülən işlərin yenidən görülməsinə ehtiyac olacaqdır. Bu həm böyük maliyyə tutumlu olacaq, həm də ümumi dizayn və arxitektura baxımından problemlər yaradacaq.  

Təcrübə və müşahidələr göstərir ki, hökumət və müvafiq vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq olan yerlərdə  irəliləyiş daha effektlidir.

   Əlilliyi olan insanların təşkilatlanması və birləşdikləri təşkilatların güclü olması da vacib şərtlərdən biridir. 70-dən çox belə təşkilatların olmasına baxmayaraq, onların çoxu fəaliyyətlərinin qurulmasında çətinlik çəkirlər. Məlumdur ki, QHT-ları əsasən qrant və layihələr hesabına fəaliyyətlərini tənzimləyirlər. Lakin ölkədə olan donor  təşkilatlar əlil təşkilatlarına az diqqət yetirilər. Əlillik sahəsində nəzərdə tutulan layihələrin yarıdan çoxu bu sahə üzrə ixtisaslaşmış və təcrübəsi olan əlil təşkilatlarına deyil, başqa təşkilatlara verilir. Bu da həmin layihələrin keyfiyyətliliyini,  davamlılığını aşağı salır və ümumiyyətlə problemin həllinə təsir göstərmir.

Əlil təşkilatlarının bacarıqlarının artırılması və lobbiçilik etmə qabiliyyətlərinin  gücləndirilməsi istiqamətində də fəaliyyətlərə ehtiyac vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, başqa sahələr üzrə olduğu kimi, əlil təşkilatlarının inkişafına və əlillik problemlərinə ən önəmli diqqət verən təşkilat olmuşdur.

Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzrə

 

Əlil Təşkilatları İttifaqı (ƏTİ) missiyası və Nizamnamə tələblərinə uyğun olaraq təşkilatın strukturunun formalaşdırılması və inkişafı istiqamətində fəaliyyətlərini davam etdirmişdir.

 115 əlilliyi olan şəxsə hüquqi,  9 təşkilata hüquqi-konsultativ yardım yardımlar göstərilmişdir.

Regional Resurs Mərkəzləri və təşkilatlar maarifləndirmə materialları ilə təmin olunmuş, hüquqi yardım göstərilmişdir.

    İttifaq fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirmiş və genişləndirmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli Məclisin Sosial Siyasət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq genişlənmişdir. Xüsusilə yeni qanunların işlənməsi, müzakirəsi, BMT-nin Əlilliyi olan insanlar haqqında Konvensiyasından irəli gələn məsələlər, komissiyalarda əlil təşkilatları nümayəndələrinin iştirakı, elektron bazanın yaradılması, bərabər imkanların yaradılması istiqamətlərində səmərəli əməkdaşlıq olunumuşdur.

BMT-nin İctimai İnformasiya Departamenti, UNİCEF, İnsan Hüquqları Ali Komisarlığı ilə Konvensiya ilə əlaqədar məsələlərlə dair müzakirələr aparılmış, təşkilatların nümayəndələrinin təlimlərdə iştirakı təmin olunmuşdur.

22-24 oktyabr 2011-ci il tarixdə Türkiyənin İstanbul şəhərində 65 ölkədən 82 əlil təşkilatının iştirakı ilə konfrans keçirilmişdir. Konfransda Dünya Əlillər Birliyi təsis olunmuşdur. Azərbaycanı tədbirdə Əlil Təşkilatları İttifaqı (ƏTİ) və Müstəqil Həyat inkişaf və dəstək mərkəzi təmsil etmişdir. Əlil Təşkilatıarı İttifaqı  bu təşkilatın 2 komissiyasına üzv seşilmişdir.

2011-ci il ərzində KİV və Mediaya əlillik məsələləri üzrə müxtəlif mövzularda 25 müsahibə və məlumat  verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə “Əlilliyi olan insanların məşğulluq problemlərinin həlli ilə yoxsulluq riskinin azaldılması” layihəsi həyata keçirilmişdir.

“Əlilliyi olan insanlar üçün bərabər şəraitin yaradılmasına dair” tədbirlər çərçivəsində işçi qrupu yaradılmışdır. Turizm, məşğulluq, infrastruktur  sahələri üzrə monitorinqlər davam etdirilmişdir. Yeni qaydaların işlənməsi, hüquqi bazanın yaradılmasına dair fəaliyyət planı və təkliflər hazırlanaraq hökumətə təqdim olunmuşdur. Bu sahədə fəaliyyətlər davam etdirilir və daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.  

İclasda 2012-ci il üçün 12 bənd üzrə prioritet fəaliyyət istiqamətləri müzakirə və təsdiq olunmuşdur.

Hesabatın qiymətləndirilməsi aparılmış, irad və təkliflərini bildirİlmişdir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2324 dəfə oxunub




Flag Counter






» 15/7/2020- “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb, bir sıra yeniliklər tətbiq edilib

» 14/7/2020- Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb

» 8/7/2020- VEBİNAR UN

» 8/7/2020- QHT Jest dilində məlumatlandırma tədbirlərini davam etdirir

» 6/7/2020- Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

» 1/7/2020- Vebinar. ZP MMBA

» 1/7/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur islahatlar

» 1/7/2020- Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 5-ci işçi qrupunun iclası WG - 5 VEBINAR

» 28/6/2020- "Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin 1 yaşı tamam olur.

» 27/6/2020- Dünya Bankı və Azərbaycan Hökuməti arasında “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb

» 26/6/2020- ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB

» 23/6/2020- “Benefisiar məlumatların açıqlığına necə olaq?”

» 23/6/2020- “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsinin onlayn bağlanış konfransı keçirilib.

» 23/6/2020- Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək

» 22/6/2020- Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 100 mənzil verildi

» 19/6/2020- VƏRƏM VƏ COVİD-19 PANDEMİYASI İLƏ BİRGƏ MÜBARİZƏ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ONLAYN BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

» 18/6/2020- "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

» 16/6/2020- Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım IB-nin jest dilində yeni filmi

» 12/6/2020- Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi

» 9/6/2020- Əlil Təşkilatları İttifaqı (ƏTİ) növbəti beynəlxalq təşkilata üzvlüyə qəbul olunmuşdur.