07 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
02/03/2012 Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir


 Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir

Martın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri üçün Pansionatın ikinci korpusunun, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evinin tikintisi işləri ilə yaxından tanış olmaq üçün həmin ərazilərdə olub.

Elnur Kələntərov həmçinin Müharibə və Əmək əlilləri üçün Pansionatın əsas korpusunda, 9 saylı Buzovna İxtisaslaşdırılmış ruhi-əsəb internat evində, Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Aparılan tikinti işlərinin gedişatından razı qaldığını bildirən Elnur Kələntərov, bununla yanaşı, əlilliyi olan şəxslər üçün sosial-məişət şəraitinin qurulması zamanı həmin insanların bu binalarda çətinlik çəkmədən, maneəsiz hərəkət imkanlarına malik olmasının vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə əlil insanlarla bağlı mütərəqqi beynəlxalq təcrübədən irəli gələn tikinti standartlarına əməl olunmasını tapşırıb.

Elnur Kələntərov eyni zamanda inşa işlərində yeni mərkəzlərin fəaliyyət profilinin ciddi şəkildə diqqətdə saxlanılması, tikinti, təmir və yenidənqurma işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi, bu işlərdə daha keyfiyyətli inşaat materiallarından istifadə olunması, obyektlərin ərazilərində abadlıq və yaşıllaşdırma işlərinin yüksək səviyyədə aparılması və s. barədə müvafiq tapşırıqlarını verib.

KV-ə müsahibəsində Elnur Kələntərov bildirib ki, Zabrat qəsəbəsində inşa edilən Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin sosial-iqtisadi həyata fəal inteqrasiyasına, onların gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnməsinə, özünüməşğulluq imkanlarının artırılmasına, eləcə də əlil problemləri barədə məlumatlandırma işinin müasir üsullarla aparılmasına dəstək verilməsi məqsədinə xidmət edəcək.

Qeyd olunub ki, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın yaradılmasında məqsəd bu və ya digər səbəblərdən (itmiş, atılmış, evdən qaçmış, valideyn himayəsindən məhrum olmuş, uşaq müəssisələrini icazəsiz tərk etmiş və s.) baxımsızlıq vəziyyətinə düşmüş, yaşayış yeri və yaşamaq üçün maddi imkanı olmayan yetkinlik yaşına çatmamış uşaqların müvəqqəti sığınacaqla təmin edilərək sosial statusunun bərpa olunmasıdır.

Eyni zamanda, müvafiq hallarda onların ailələrinə qovuşmasına yardım edilməsi, belə uşaqlara və valideynlərinə, yaxud qanuni nümayəndələrinə çətin həyat şəraitinin aradan qaldırılmasında sosial, psixoloji və s. köməkliklərin göstərilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə ölkənin daha 10 bölgəsində belə mərkəzlər yaradılacaq. Paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa edilən 12 mərtəbəli 132 mənzilli yaşayış evinin istifadəyə verilməsi isə hazırda Bakı şəhərində mənzil növbəsində dayanan 240 nəfər gözdən əlilin artıq böyük qisminin mənzillə təminatına səbəb olacaq.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatı ilk vaxtlarda 100 çarpayılıq olub, sonralar balkonların rekonstruksiyası hesabına 150 çarpayılıqadək genişləndirilib və hazırda pansionatda 187 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır. Mövcud tələbat nəzərə alınmaqla, bu sosial xidmət müəssisəsi üçün ikinci korpusun tikintisi qərara alınıb.

Ramana Gənc Əlillərin Əmək və İstirahət Evi əsasən dayaq-hərəkət sistemi sıradan çıxmış əlillərin sosial reabilitasiyası üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisənin əlillərin peşə hazırlığı və reabilitasiyası üzrə ixtisaslaşdırılaraq 15 nəfərə xidmət göstərməsi, il ərzində burada 1000 nəfərdən çox əlilin müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması planlaşdırılır. 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2302 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib