XƏBƏRLƏR




- 30/3/2012 Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Əlil Təşkilatları İttifaqı (ƏTİ) Amerika Hüquqşünaslar Assosiasiyasının (ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD) maliyyə dəstəyi ilə “İnkluziv ədalət” layihəsini həyata keşirməyə başlamışdır. Layihənin müddəti 9 aydır (yanvar-sentyabr 2012-ci il). Məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır. Fəaliyyətlər dəyirmi masa, ictimai görüşlərin keçirilməsi, seminarların təşkili və 5 obyektin (məhkəmə və əlilliyi olan insanların çox istifadə etdikləri sosial binalar) girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılmasından (pandusun quraşdırılmasından) ibarətdir.
Bu məqsədlə təşkilatımız tərəfindən 30 mart 2012-ci il tarixdə saat 10-30 - 12-00-da Beynəlxalq Mətbuat Mərkəzində
"Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"na həsr olunmuş ictimai müzakirə təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ açmışdır. Azərbaycanlıların soyqırım qurbanlarının xatirəsi yad olunmuş və gündəlikdə duran mövzudan irəli gələn məsələlər haqqında məlumat verilmişdir.
Görüşdə Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Dövlət Universiteti, Qadın hüquqları üzrə ekspert, QHT, KİV, Beynəlxalq təşkilatların nümayəndələri, əlilliyi olan insanlar iştirak etmişdir. İştirakçılar əlilliyi olan insanların mövcud problemləri və onların həlli yollarına aid cıxışlar etmiş, təklif və tövsiyyələr dinlənilmişdir.
Mətbuat xidməti
Bu xəbər 4936 dəfə oxunub