20 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4. Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə Təlimat, 1998-ci il


Azərbaycan Respublikası

 Ədliyyə Nazirliyi tərəfindən

"27" avqust 1998-ci il

 tarixdə qeydiyyata alınmışdır.

 

Qeydiyyat N 121

 

Nazir              S.Həsənova                 

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

"19" avqust 1997-ci il tarixli

19-5 nömrəli qərarı ilə təsdiq

edilmişdir

 

Nazir               prof. Ə.Nağıyev

 

Razılaşdırılmışdır:

 Azərbaycan Respublikası

 Səhiyyə Naziri          

   ___________ Ə.İnsanov

 

05.08.1998                               

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası

Müdafiə Naziri

_____________­­S. Əbiyev

 

13.08.1998

 

 

 

Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar

əlillik səbəblərinin müəyyən edilməsi barədə

TƏLİMAT

 

1. Ümumi müddəalar

Bu Təlimat Azərbaycan Respublikasının Silahlı qüvvələrində, keçmiş SSRİ-nin Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin təyin edilməsi qaydalarını müəyyən edir,

Keçmiş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, keçmiş SSRİ-nin Silahlı Qüvvələrində xidmət etmiş və hərbi xidmətdən tərxis edilmiş Azərbaycan Respublikasının vətəndaşıdır. Hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi məqsədilə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edən keçmiş hərbi qulluqçular aşağıdakı kateqoriyalara bölünür:

  • hərbi xidmətdən səhhəti ilə əlaqədar tərxis edilmiş və hərbi-tibbi sənədləri olan şəxslər;
  • hərbi xidmətdən səhhəti ilə əlaqədar tərxis edilmiş lakin hərbi tibbi sənədləri olmayan şəxslər;
  • hərbi xidmətdən səhhəti ilə əlaqədar olmayan digər səbəblərdən tərxis edilmiş şəxslər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş keçmiş hərbi qulluqçu hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi məqsədilə “Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikdə, Tibbi-Sosial Ekspert Komissiyaları barədə Əsasnamə"də nəzərdə tutulmuş sənədlərlə yanaşı, onun hərbi xidmətdən tərxis edilməsi haqqında Müdafiə Nazirliyinin və ya Silahlı Qüvvələr Baş Qərargah rəisinin əmrinin sayı, tarixi göstərilmiş və möhürlə təsdiq edilmiş qeydi olan hərbi vəsiqəsini (sıravi heyət) yaxud şəxsi vəsiqəsini (zabit heyəti) təqdim etməlidir.

2. Əlilliyin səbəbləri

2.1. Tibbi-Sosial Ekspert Komissiyaları keçmiş hərbi qulluqçulara aşağıda göstərilən əlillik səbəblərini müəyyən edirlər;

  • Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik;
  • Müharibə əlilliyi;
  • Hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar əlillik;
  • Hərbi xidmət dövrü ilə əlaqədar əlillik;
  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik;
  • Ümumi (hərbi xidmətlə əlaqədar olmayan) xəstəliklə əlaqədar əlillik.

2.1.1.         "Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçunun yaralanması (travma, kontuziya, zədələnmə) və ya xəstələnməsi) Azərbaycan Respublikası dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Dövlət quruluşunun müdafiəsi zamanı;

b)   Dövlət sərhədini müdafiə edərkən;

v)   kəşfiyyat və əks-kəşfiyyatla bağlı hərbi tapşırığı yerinə yetirərkən;

q)   Hərbi əməliyyatlar zonasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən mina partlayışı, yaxud odlu silahla yaralanma nəticəsində əmələ gəldikdə.

  1. "Hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar əlillik" səbəbi yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmə hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə bağlı (2.1.1 bəndinin "q" yarımbəndi istisna edilməklə) əmələ gəldiyi hallarda müəyyən edilir.
  2. Müharibə əlilliyi.

"Müharibə əlilliyi" səbəbi yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmə SSRİ-nin müdafiəsi zamanı və SSRİ Silahlı Qüvvələrinin tərkibində xarici dövlətlərdə hərbi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar baş verdikdə müəyyən edilir.

  1. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik.
  2. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik.
  3. Ümumi xəstəliklə əlaqədar əlillik.

2.2.            2.1.1, 2.1.2. bəndlərində göstərilən əlillik səbəbləri yaralanma (travma, kontuziya zədələnmə), xəstələnmənin səbəb əlaqəsi Hərbi - Həkim Komissiyasının qərarında "Hərbi travma" xülasə edilmiş rəyi şəklində verildikdə müəyyən edilir.

Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilən "Xəstəlik haqqında şəhadətnamə"də və "Mərkəzi Hərbi-Həkim Komissiyasının Qərarı"nda hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməlidir;

2.3.            2.1.4, 2.1.5, 2.1.6 bəndlərində göstərilən əlillik səbəbləri yaralanma (travma, kontuziya, zədələnmə), xəstələnmənin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının qərarındakı xülasə edilmiş rəyə və 4.3 bəndinə uyğun olaraq müəyyən edilir.

3. Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları

  1. Keçmiş hərbi qulluqçuya hərbi xidmətlə əlaqədar əlillik onun hərbi xidmətlə əlaqələndirilmiş yaralanması (travma, kontuziya, zədələnmə), xəstəliyi bilavasitə, ayrılıqda götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir.
  2. Hərbi-Həkim Komissiyasının qərarı, yaxud qərarları ilə eyni bir keçmiş hərbi qulluqçunun xəstəliyi "hərbi xidmət dövrü ilə əlaqədar", kontuziyası "xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar" müəyyən edilərsə, bu halda əlilliyin səbəbi, ən azı üçüncü dərəcə əlillik təyin etməyə əsas verən xəstəlik, kontuziya yaxud yaralanmanın səbəbi götürülməlidir.

Əgər, xəstəlik, kontuziya yaxud yaralanma hər biri sərbəst olaraq ayrılıqda üçüncü dərəcə əlillik təyin etməyə əsas verirsə, bu halda hərbi qulluqçuya daha yüksək təminat verəcək əlillik səbəbi müəyyən edilməlidir.

3.3.            Hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir.

3.4. Tibbi-Sosial Ekspert Komissiyaları, keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərini müəyyən edərkən, aşağıda göstərilən hərbi-tibbi sənədlərdən (bu təlimatın uyğun olaraq) istifadə edə bilərlər;

a)                                                                                     Xəstəlik haqqında şəhadətnamə - "Xəstəlik haqqında şəhadətnamə" müəyyən olunmuş formada, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməklə hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin hərbi-həkim Komissiyası tərəfindən verilir. Hərbi qulluqçunun hərbi xidmətə yararsız olması (yaxud yaralığının məhdudlaşması) barədə hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin Hərbi-Həkim Komissiyasının verdiyi "Xəstəlik haqqında şəhadətnamə" Mərkəzi NNK tərəfindən təsdiq edilmiş olduqda qanuni qüvvəyə malikdir.          

b)   Mərkəzi Hərbi-Həkim Komissiyasının Qərarı

v)   Hərbi-tibbi müəssisələrin və hərbi-tibbi hissələrin hərbi-həkim Komissiyasının hərbi xidmət zamanı alınmış yaralanmanın və ya xəstəliyin nə zaman, harada və hansı şəraitdə baş verməsi göstərilməklə) arayışı;

q)   Hərbi-tibbi müəssisələrin və Hərbi-tibbi hissələrin ekiprizi*;

d)  hərbi və hərbi-tibbi arxivləri arayışı*.

3.5. Hərbi-Həkim Komissiyasının xəstəlik şəhadətnaməsində və ya Mərkəzi NNK-nın qərarında yaralanma (travma, kontuziya, zədələnmə) və ya xəstələnmənin səbəbi göstərilmədikdə, yaxud TSEK bu qərarla razılaşmadıqda keçmiş hərbi qulluqçunun sənədləri baxılmaq üçün Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərir.

4. Hərbi xidmətdən səhhəti ilə əlaqədar olmayan əlaqədar əlillik müəyyən edilməsi.

4.1. Hərbi xidmətdən səhhəti ilə əlaqədar olmayan digər səbəblərdən tərxis olunmuş keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilməsi aşağıdakı qaydada həll edilir:

4;1.1. Hərbi xidmət zamanı baş vermiş yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstələnmənin səbəbi göstərilən hərbi-tibbi sənədi olan keçmiş hərbi qulluqçuların əlillik səbəbi, TSEK-ə müraciətin müddətindən asılı olmayaraq, təqdim edilən hərbi-tibbi sənədə (NNK-nın xəstəlik haqqında şəhadətnaməsi, NNK-nın müəyyən edilmiş formada arayışı, Mərkəzi NNK-nın qərarı, hərbi-tibbi arxivin arayışı) əsasən müəyyən edilir.

4.1.2. Keçmiş hərbi qulluqçuların hərbi-tibbi sənədləri olmadığı halda yaxud həmin sənədlər lazımi qaydada tərtib olunmadıqda, Ali pillə TSEK tərəfindən aşağıdakı hallarda "müharibə əlilliyi" səbəbi ilə əlillik müəyyən edilə bilər.

41.2.1, Kəllə-beyin travmasının nəticələri olduqda  əgər hərbi-tibbi sənəddə başın (üzün) boyunun yaralanması, yaxud müxtəlif lokalizasiyalı, çoxsaylı qəlpə yaralanması alınması barədə məlumat olarsa*;

4.1.2.2 Yaralanmanın nəticələri olduqda  əgər hərbi-tibbi sənəddə və ya hərbi sənəddə (hərbi mükafat və ya hərbi rütbə verilməsi üçün təqdimat, hərbi xarakteristika) ağır yaralanma (''ağır yaralanma") barədə məlumat olarsa,

4.1.2.3. Hərbi xidmət dövründə aşkar edilməmiş xroniki gedişli, tədricən inkişaf edən xəstəliklərdə - xəstəliyin cəbhədə olan dövrlə əlaqələndirilməsi üçün SSRİ Silahlı Qüvvələrindən tərxis edildikdən sonrakı ilk beş il ərzində müalicə müəssisələri tərəfindən verilmiş sənədlər təqdim edildikdə yaxud hərbi tibbi sənədlərdə, əlilliyə səbəb olmuş xəstəliyin müəyyən əlamətləri göstərildiyi hallarda

4.1.2.4. Yaralanma, kontuziyanın nəticələri olduqda  yaralanma, kontuziya barədə hərbi komissarlıqda saxlanan şəxsi işdə çıxarış yaxud bu barədə hərbi vəsiqə, yaxud şəxsi vəsiqədə hərbi hissə komandirinin möhürlə təsdiq edilmiş qeydi olarsa, göstərilən sənədlər və döyüşən ordunun tərkibində xidmət etməsi barədə təsdiqedici sənəd təqdim edildikdə*

4.1.2.5 Hərbi-tibbi sənədlər olmadan "Müharibə əlilliyi" əlillik səbəbi müəyyən edildiyi hallarda, TSEK-in müayinə aktında və müayinə aktından çıxarışda qərarın hərbi-tibbi sənədlər olmadan, klinik məlumatlar əsasında qəbul edildiyi göstərilməlidir.

4.2. Bu bölmənin 4.1.2.1., 4.1.2.2., 4,1.2.3. bəndlərində göstərilən hallarda TSEK-ə təqdim edilməlidir. keçmiş hərbi qulluqçunun dəyişən ordunun tərkibində xidmət etdiyini təsdiq;

Hərbi tibbi sənəd və ya  hərbi  sənəd;

- keçmiş hərbi qulluqçunun hərbi xidmətdən tərxis edildikdən sonrakı ilk 5 il ərzində səhhəti barədə müalicə idarələrinin məlumatı.

4.3. Hərbi xidmətdən səhhəti ilə əlaqədar olmayan digər səbəblərdən tərxis qulluqçu, tərxis edildikdən sonrakı ilk uç ay ərzində xəstəlik nəticəsində əlil hesab edilərsə, TSEK əlilliyin səbəbini hərbi-tibbi sənəd olmadan “hərbi  xidmət dövrü ilə əlaqədar" müəyyən etməlidir.

4.4. Kecmiş hərbi qulluqçuların, o cümlədən əsirlikdə olmuş hərbi qulluqçuların Silahlı Qüvvələrdə xidmət dövründə NNK-da müayinə edilmələri barədə sənədləri olmadıqda, lakin, bununla yanaşı, onlarda kəskin nəzərə çarpan zədələnmələr (ütrafın olmaması, kəllə sümüklərinin defekti, yaralanmadan sonrakı iri çapıqlar, yad cisimlərin olması və s.) olduqda, onların ordudan tərxis edilmə səbəbindən asılı olmayaraq, alınmış yaralanmanın "Azərbaycan Respublikası Müdafiəsi ilə əlaqədar", "Müharibə ilə əlaqədar olması məsələsi, keçmiş hərbi qulluqçunun mərkəzi NNK tərəfindən məhkəmə - tibb ekspertinin iştirakı ilə müayinəsi nəticəsində verilmiş qərar əsasında həll edilir.

 

* işarəsi olan bəndlər SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçulara şamil edilir.

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 5708 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib