26 İyun 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3. Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının Qərarı, 2011-ci il


AZƏRBAYCAN RESPUBLİKASI

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN KOLLEGİYASI

QƏRAR

 

№17

 

Bakı şəhəri                                                                                                   21 noyabr 2011-ci il

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 10.2-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyası qərara alır:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Sosial Müdafiə Fondu Aparatının Hüquq şöbəsinə (G.Bağırova) tapşırılsın ki, bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” Dövlət Sosial  Müdafiə Fondunun 21 sentyabr 2010-cu il tarixli 941 nömrəli  əmrinin 1-ci hissəsi ləğv edilsin.

 

 

Kollegiyanın sədri                                            Səlim Müslümov


 

“Razılaşdırılmışdır”

Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

“21” noyabr  2011-ci il

 

 

Rəis                         A.Paşayev

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə Fondu

Qərar №17

“21” noyabr  2011-ci il

 

Sədr                       S.Müslümov

 

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

 

QAYDALARI

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir.

1.2. Qaydalarda Qanunun məqsədləri üçün müəyyən edilən əsas anlayışlardan istifadə olunur.

1.3. Qanunun 4-cü maddəsinə əsasən əmək pensiyalarının üç növü vardır:

- yaşa görə əmək pensiyası;

- əlilliyə görə əmək pensiyası;

- ailə başçısını itirməyə görə əmək pensiyası.

Yaşa görə əmək pensiyaları və əlilliyə görə əmək pensiyaları aşağıdakı hissələrdən ibarətdir:

- baza hissəsi;

- sığorta hissəsi;

- yığım hissəsi.

Ailə başçısını itirməyə görə əmək pensiyaları isə iki hissədən ibarətdir:

- baza hissəsi;

- sığorta hissəsi.

 

II. Əmək pensiyalarının təyin edilməsi

 

A) Yaşa görə əmək pensiyası

 

2.1. Yaşa görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.

2.1.1. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.2. Qaydaların 2.1.1-ci yarımbəndində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Misal 1. 13 yanvar 1948-ci il tarixdə anadan olmuş, 27 il sığorta stajı və 13 yanvar 2010-cu il tarixdə 62 yaşı tamam olan sığortaolunan kişinin həmin tarixdən altı ay sonra, yəni 13 iyul 2010-cu il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır.

2.1.3. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 2. 18 fevral 1959-cu il tarixdə anadan olmuş altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının 51 il altı ay yaş həddinin tamam olduğu 18 avqust 2010-cu il tarixdən (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi 6 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.4. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Misal 3. 21 mart 1958-ci il tarixdə anadan olmuş sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və 10 il sığorta stajı olan qadının 52 il altı ay yaş həddinin tamam olduğu 21 sentyabr 2010–cu il tarixdən (Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş 57 il altı ay yaş həddi 5 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.5. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.6. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1- 9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

2.1.7. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2.1.8. Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

Misal 4. 14 aprel 1956-cı il tarixdə anadan olmuş kişi 2004-cü il tarixədək işləyərək 21 il ümumi sığorta stajı qazanmışdır. O, 10 il 3 ay Bakı polad tökmə zavodunda polad tökücüsü vəzifəsində işləmişdir. Sığortaolunanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajı olduğundan və bundan 10 ili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın III Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-17627 yarımbəndində nəzərdə tutulduğundan, ona əvvəllər qüvvədə olmuş müvafiq qanunvericiliklə müəyyən edilmiş 52 yaş həddinə çatdığı 14 aprel 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-ci maddələrinə əsasən müraciəti əsasında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı gündən Qanunun müvafiq maddələri ilə müəyyən olunan qaydada və məbləğlərdə əmək pensiyası təyin edilir.

Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar.

Misal 5. 27 mart 2009-cu il tarixdə 54 yaşlı kişi 20 il ümumi sığorta stajının tamam olduğu və bu müddətin 13 il 8 ayını Bibiheybət neft və qaz çıxarma idarəsində dəniz şəraitində buruqlara xidmət üzrə çilingər peşəsində işlədiyi nəzərə alınmaqla Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) rayon şöbəsinə müraciət etmişdir.

Sığortaolunanın 13 il 8 ay dəniz şəraitində işlədiyi buruqlara xidmət üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1-ci bəndinin 1100000a-18497 yarımbəndində nəzərdə tutulmasına və tələb olunan xüsusi sığorta stajına malik olmasına baxmayaraq, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən sonra, 27 mart 2009-cu il tarixdə qazandığı üçün onun bu Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş (sosial sığorta) stajı yoxdur.

2.2. Yaşa görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.

2.2.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

2.2.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH = PSK/T, burada:

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

2.2.3. Qanunun 27–ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Misal 6. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(30 il tam iş stajı x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.

2.2.4. Qanunun 29.2-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.

Misal 7. 6-cı misal üzrə sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5213,33 manat pensiya kapitalı 01.01.2010-cu il tarixə indeksləşdirilərək 8078,82 manat (5213,33 manat + 432,71 manat ( 5213,33 manat x 8,3% istehlak qiymətləri indeksinin 2006-cı il üzrə illik səviyyəsi) + 942,89 manat (5646,04 manat x 16,7% istehlak qiymətləri indeksinin 2007-ci il üzrə illik səviyyəsi) +1370,50 manat (6588,93 manat x 20,8% istehlak qiymətləri indeksinin 2008-ci il üzrə illik səviyyəsi ) + 119,39 manat (7959,43 manat x 1,5% istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi ) məbləğində müəyyənləşdirilir.

Misal 8. 13 iyul 2010-cu il tarixdə 62 il 6 ay yaş həddi, 35 il 2 ay (bundan 30 il 8 ayı 01.01.2006-cı il tarixədək, 4 il 6 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 12578,82 manat (bundan 8078,82 manatı 01.01.2006-cı il tarixədək, 4500 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək toplanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydaların 2.2.2-ci yarımbəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq 12578,82/144 = 87,35 manat məbləğində hesablanır.

2.2.5. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P=BH+SH+YH, burada:

P- yaşa görə əmək pensiyasıdır;

BH- yaşa görə əmək pensiyasının baza hissəsidir;

SH- yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

YH- yaşa görə əmək pensiyasının yığım hissəsidir.

Misal 9. Yuxarıdakı 8-ci misal üzrə yaşa görə əmək pensiyasının məbləği P=BH+SH+YH düsturuna müvafiq olaraq 85 manat (əmək pensiyasının baza hissəsi) + 87,35 manat (əmək pensiyasının sığorta hissəsi) + “0” (əmək pensiyasının yığım hissəsi) = 172,35 manat məbləğində hesablanır.

2.2.6. 01.01.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş şərtlər tətbiq edilir.

Misal 10. 14 sentyabr 2009-cu il tarixdə 51 yaşı, 8 il 11 ay sosial sığorta stajı olan və üç uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün 18 mart 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir.

Həmin sığortaolunanın bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi və 12 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə yaşa görə əmək pensiyası hüququ yaranmır.

Misal 11. 18 oktyabr 2009-cu il tarixdə 62 yaşı, 14 il 9 ay (bundan 11 ili 01.01.2006-cı il tarixədək, 3 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək ) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyası təyin edilməsi üçün 17 sentyabr 2010-cu il tarixdə Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 1980 manat pensiya kapitalı vardır.

Bu halda Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərinə əsasən həmin sığortaolunanın 62 il 6 ay yaş həddinin tamam olduğu 18 aprel 2010-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qaydaların 2.2.3-cü yarımbəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 1870 manat (11 il tam iş stajı x 170 manat ) pensiya kapitalı yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 aprel 2010-cu il tarixə indeksləşdirilərək 2897,84 manat müəyyənləşdirilir və Qaydaların 2.2.2-ci yarımbəndinə uyğun olaraq yaşa görə əmək pensiyası 118,87 manat məbləğində aşağıdakı qaydada hesablanır.

85 manat əmək pensiyasının baza hissəsi + 33,87 manat (2897,84 manat 01.01.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı + 1980 manat 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı) = 4877,84 /144)

 

B) Əlilliyə görə əmək pensiyası

 

2.3. Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir.

2.3.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz.

Misal 12. 43 yaşlı sığortaolunan şəxsə 21 fevral 2010-cu il tarixdə 2-ci qrup əlillik müəyyən olunmuş və onun 14 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 43 yaşlı sığortaolunanın tələb olunan 9 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28) x 4 ay = 112 ay = 9 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ vardır.

Misal 13. 59 yaşlı sığortaolunan şəxsə 13 yanvar 2010-cu il tarixdə 3-cü qrup əlillik müəyyən olunmuş və onun 11 il sığorta stajı vardır. Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın 14 il 8 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla tələb edilən 14 il 8 ay (59 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 44) x 4 ay = 176 ay= 14 il 8 ay) sığorta stajı olmadığı üçün onun əlilliyə görə əmək pensiyası hüququ yoxdur.

2.4. Əlilliyə görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğlərdə təyin edilir.

2.4.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (I qrup gözdən əlillərə və bu sıradan olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.

2.4.2. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir.

Misal 14. 43 yaşlı sığortaolunanın sığorta davamiyyəti əmsalı (K) həmin yaşda olan şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 112 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28) x 4 ay = 112 ay) sığorta stajının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. K - sığorta davamiyyəti əmsalı = 112 pensiya təyin edilməsi üçün tələb edilən sığorta stajı aylarının sayı /184= 0,6087.

2.4.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH=PSK/(TxK), burada:

SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;

K - sığorta davamiyyəti əmsalıdır.

Misal 15. Tibbi - Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən 21 sentyabr 2010-cu il tarixdən 2-ci qrup əlil hesab edilən 14 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində 5680 manat pensiya kapitalı toplanmış 43 yaşlı sığortaolunan şəxsin 2-ci qrup əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH=PSK/(TxK) düsturuna müvafiq olaraq aşağıdakı qaydada hesablanır. SH=PSK/(TxK) = 5680 manat fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı / (144 gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı x 0,6087 sığorta davamiyyəti əmsalı) = 64,80 manat əlilliyə görə əmək pensiyasının sığorta hissəsi.

2.4.4. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir:

P = BH+SH+YH, burada:

P – əlilliyə görə əmək pensiyasıdır;

BH – əlilliyə görə əmək pensiyasının baza hissəsidir;

SH – əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;

YH – əlilliyə görə əmək pensiyasının yığım hissəsidir.

Misal 16. Qaydaların 2.4.1 və 2.4.3–cü yarımbəndləri nəzərə alınmaqla 15-ci misalda göstərilmiş 43 yaşlı sığortaolunanın 2-ci qrup əlilliyə görə əmək pensiyasının məbləği P=BH+SH+YH düsturuna müvafiq olaraq 85 manat (yaşa görə əmək pensiyasının baza hissəsinin 100 %-i) + 64,80 manat (əlilliyə görə əmək pensiyasının sığorta hissəsi) + “0” (əlilliyə görə əmək pensiyasının yığım hissəsi) = 149,80 manat məbləğində hesablanır.

2.4.5. 01.01.2010-cu il tarixədək əlil olan, lakin həmin tarixdən sonra əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.3.1-ci yarımbəndi ilə müəyyən edilmiş şərtlər tətbiq edilir.

Misal 17. 21 yanvar 1988-ci il tarixdə anadan olmuş 22 yaşı və 3 il 2 ay sosial sığorta stajı olan sığortaolunana 25 oktyabr 2009-cu il tarixdə 2-ci qrup əlillik müəyyən olunmuş və o, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 12 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir. Həmin sığortaolunanın bu Qaydaların 2.3.1-ci yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 5 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə əlilliyə görə əmək pensiyası hüququ yaranmır.

 

C) Ailə başçısını itirməyə görə əmək pensiyası

 

2.5. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olan kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin aşağıdakı şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

2.5.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək bu Qaydaların 2.3.1-ci yarımbəndi ilə müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir.

Misal 18. 16 yanvar 2010-cu il tarixdə vəfat etmiş 43 yaşlı sığortaolunan şəxsin 14 il sığorta stajı vardır. Bu Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əmək pensiyası təyin edilməsi üçün həmin sığortaolunanın tələb edilən 9 il 4 aydan (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş - 15 yaş = 28) x 4 ay = 112 ay= 9 il 4 ay) çox sığorta stajı olduğuna görə vəfat etmiş şəxsin Qanunun 14-cü maddəsində nəzərdə tutulan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.

Misal 19. 21 fevral 2010-cu il tarixdə vəfat etmiş 59 yaşlı sığortaolunan şəxsin 11 il sığorta stajı vardır. Həmin sığortaolunanın bu Qaydaların 2.3.1-ci yarımbəndinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb edilən 14 il 8 aydan az (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (59 yaş -15 yaş = 44) x 4 ay = 176 ay = 14 il 8 ay) sığorta stajı olduğu üçün vəfat etmiş şəxsin Qanunun 14-cü maddəsində nəzərdə tutulan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.

2.6. Ailə başçısını itirməyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.

2.6.1. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya Qanunun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.

Misal 20. Vəfat etmiş şəxsin öhdəsində olan 23 fevral 1992-ci il tarixdə və 18 oktyabr 1998-ci il tarixdə anadan olmuş iki nəfər əmək qabiliyyətsiz ailə üzvünə birlikdə 85 manat baza hissəsi (ailə üzvlərinin hər biri üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (85 manat x 50% x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) və sığorta göstəricilərinə əsasən müəyyən edilmiş 53 manat sığorta hissəsi (əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 26,5 manat x 2 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) olmaqla 138 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası ödənilir. Bu halda ailə başçısını itirməyə görə əmək pensiyaçılarının sayı 2 nəfər təşkil edir.

Ailə üzvlərindən birinin 23 fevral 2010-cu il tarixdə 18 yaşı tamam olduğu və təhsil müəssisəsində əyani təhsil almadığı üçün ona təyin edilmiş əmək pensiyası 18 yaşının tamam olduğu aydan sonrakı növbəti ayın 1-dən dayandırılır.

Digər əmək qabiliyyəti olmayan bir nəfər ailə üzvünə Qanunun 18.1-ci maddəsinə əsasən 85 manat baza hissəsi (bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində) və vəfat etmiş şəxsin sığorta göstəricilərinə əsasən müəyyən edilmiş 53 manat sığorta hissəsi olmaqla 138 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir.

2.6.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qaydaların 2.4.3-cü yarımbəndində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

2.6.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Misal 21. Yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunanın əmək pensiyasının sığorta hissəsi 64,80 manatdır və onun vəfat etdiyi 20 sentyabr 2010-cu il tarixə üç nəfər əmək qabiliyyəti olmayan ailə üzvü vardır.

Bu halda vəfat etmiş ailə başçısının yaşa görə əmək pensiyasının 64,80 manatlıq sığorta hissəsi 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünərək əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 21,60 manat müəyyənləşdirilir (64,80 manat / 3 nəfər =21,60 manat).

2.6.4. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği bu Qaydaların 2.6.1-2.6.3-cü yarımbəndlərinə uyğun olaraq hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.

Misal 22. 21-ci misal üzrə ailə başçısını itirməyə görə əmək pensiyası alan 3 nəfər ailə üzvünün əmək pensiyalarının cəmi 192,30 manat məbləğində aşağıdakı qaydada hesablanır.

(42,5 manat yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) + (21,60 manat əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinin ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi x 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü) = 192,30 manat.

2.6.5. 01.01.2010-cu il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyaları təyin edilərkən bu Qaydaların 2.3.1-ci yarımbəndi ilə müəyyənləşdirilmiş şərtlər tətbiq olunur.

Misal 23. 26 noyabr 2009-cu il tarixdə 23 yaşı və 4 il 9 ay sosial sığorta stajı olan vəfat etmiş sığortaolunanın ailə üzvü ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 19 aprel 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir. Vəfat etmiş sığortaolunanın bu Qaydaların 2.3.1-ci yarımbəndində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 5 il sosial sığorta stajı olmadığı üçün onun ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yoxdur.

 

D) Əmək pensiyasına əlavələr

 

Əmək pensiyalarına əlavələr iki qrupa bölünür: əmək pensiyasının baza hissəsinə əlavələr və qulluq stajına görə əmək pensiyasına əlavələr.

2.7. Əmək pensiyasının baza hissəsinə əlavələr Qanunun 19-cu maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğlərdə hesablanır.

Misal 24. 17 mart 2010-cu il tarixdən 2-ci qrup əlillik müəyyən edilmiş və Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əmək pensiyası təyin edilmiş işləməyən şəxsin öhdəsində 1997-ci və 1999-cu illərdə anadan olmuş iki azyaşlı uşağı vardır. Qanunun 19.2.1-ci maddəsinə əsasən həmin şəxsin əlilliyə görə əmək pensiyasının baza hissəsinin üzərinə hər bir uşaq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, cəmi əmək pensiyasının baza hissəsinin 10%-i qədər əlavə hesablanır.

2.7.1. Bu əlavələr “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial müavinət almayan uşaqların işləməyən I və II qrup əlilliyə görə əmək pensiyası alan valideynlərindən yalnız birinin əmək pensiyasının üzərinə hesablanır.

Misal 25. 1998-ci və 2001-ci illərdə anadan olmuş uşaqların ata və anası 2-ci qrup əlil kimi əmək pensiyası alır və işləmirlər. Onların 1998-ci ildə anadan olmuş uşağına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər (rayon) Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən sosial müavinət ödənilir. Bu halda valideynlərdən yalnız birinin əmək pensiyasının baza hissəsinin üzərinə sosial müavinət almayan azyaşlı digər uşağına görə yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində əlavə hesablanır.

2.7.2. 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə 1-ci qrup əlil kimi hər üç növ əmək pensiyasından birini alan şəxsin öz pensiyasının baza hissəsinin üzərinə hesablanır.

Misal 26. Vəfat etmiş sığortaolunanın 3 nəfər əmək qabiliyyətsiz ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ailə üzvlərindən biri 1-ci qrup əlildir. 1-ci qrup əlil olan ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin üzərinə 1-ci qrup əlilə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır.

2.7.3. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

Misal 27. Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi olan şəxs 40 il əmək fəaliyyətinin Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 15 il, orta  məktəbdə 5 il və Bakı Dövlət Universitetində 12 il olmaqla cəmi 32 ilini əsas iş yeri kimi elmi tədqiqat və təhsil müəssisələrində çalışmışdır və ona 12 dekabr 2005-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxsə hazırda işləməyən pensiyaçı kimi 162,6 manat (85 manat baza hissəsi + 77,6 manat sığorta hissəsi=162,6 manat) yaşa görə əmək pensiyası ödənilir. Vətəndaş 1 sentyabr 2011-ci il tarixdə pensiyasının üzərinə elmlər doktoru elmi dərəcəsinə görə əlavənin hesablanması üçün müraciət etmişdir. Onun əmək pensiyasının məbləği 5 iyul 2011-ci il tarixdən (Qaydaların 2.7.3-cü yarımbəndi 5 iyul 2011-ci il tarixdən qüvvəyə minmişdir) 362,6 manat (85 manat baza hissəsi + 200 manat elmlər doktoru elmi dərəcəsinə görə baza hissəsinə əlavə + 77,6 manat sığorta hissəsi=362,6 manat) məbləğində yenidən hesablanır.

2.8. Qulluq stajına görə əmək pensiyasına əlavələr Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş qaydada və məbləğdə hesablanır.

Misal 28. 62 il 6 ay yaşı, pensiya hüququnun yarandığı tarixə 38 il 3 ay sosial sığorta stajı ( bundan 17 ilini dövlət qulluğu vəzifələrində çalışmışdır) və fərdi hesabının sığorta hissəsində 10125,74 manat pensiya kapitalı toplanmış sığortaolunan işdən azad olunmaqla 02 sentyabr 2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun rayon şöbəsinə müraciət etmişdir. Onun dövlət məvacibinin orta aylıq məbləği 721,40 manat təşkil edir.

Bu zaman sığortaolunana bu Qaydaların 2.2.1-ci yarımbəndinə uyğun olaraq 85 manat əmək pensiyasının baza hissəsi və 2.2.2-ci yarımbəndində göstərilən SH = PSK/T düsturuna müvafiq olaraq 10125,74/144 = 70,32 manat məbləğində əmək pensiyasının sığorta hissəsi olmaqla 155,32 manat məbləğində əmək pensiyası təyin edilir.

Sonra sığortaolunanın dövlət qulluğunda 17 il qulluq stajı nəzərə alınmaqla Qanunun 20.11.3-cü maddəsinə uyğun olaraq dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qaydaların 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərinə uyğun olaraq təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə 421,8 manat əmək pensiyasına əlavə aşağıdakı kimi hesablanır.

577,12 manat (721,4 manat dövlət məvacibinin orta aylıq məbləği x 80%) – 155,32 manat (Qanunla təyin edilmiş əmək pensiyasının məbləği) = 421,8 manat (qulluq stajına görə əmək pensiyasına əlavə).

Nəticədə sığortaolunanın əmək pensiyasının ümumi məbləği 85 manat əmək pensiyasının baza hissəsi + 70,32 manat əmək pensiyasının sığorta hissəsi + 421,8 manat qulluq stajına görə əmək pensiyasına əlavə olmaqla cəmi 577,12 manat məbləğində təyin edilir.

 

E) Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi

 

2.9. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər ərizəçi tərəfindən təqdim edilməklə bu Qaydaların 4.3.3-cü yarımbəndinə uyğun aparılır.

2.9.1. Əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı sığortaolunan üzrə müəyyən edilmiş əmək pensiyasının sığorta hissəsi dəyişməz qalır.

Misal 29. 24 sentyabr 1947-cı il tarixdə anadan olmuş və 3-cü qrup əlil kimi 79,1 manat (46,75 manat yaşa görə əmək pensiyasının baza hissəsinin 55 faizi + 32,35 manat əmək pensiyasının sığorta hissəsi) əmək pensiyası alan sığortaolunan 62 il 6 ay yaşının tamam olması ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 sentyabr 2010-cu il tarixdə Fondun yerli şöbəsinə müraciət etmişdir.

Şəxsin yaşa görə əmək pensiyası pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 117,35 manat məbləğdə aşağıdakı qaydada hesablanır.

85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 32,35 manat əmək pensiyasının sığorta hissəsi =117,35 manat.

Misal 30. 96,85 manat (85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 11,85 manat əmək pensiyasının sığorta hissəsi) yaşa görə əmək pensiyası alan 58 yaşlı qadın vəfat etmiş ərinə görə ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 22 sentyabr 2010-cu il tarixdə müraciət etmişdir.

Təqdim olunmuş sənədlərə əsasən onun əri 5 mart 2009-cu il tarixdə vəfat etmiş və onun vəfat etdiyi tarixə əmək pensiyasının məbləği 109,73 manat (75 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 34,73 manat əmək pensiyasının sığorta hissəsi) təşkil etmişdir.

Vəfat etmiş sığortaolunanın arvadına bu Qaydaların 2.9.1-ci yarımbəndinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası, pensiya növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən 120,25 manat məbləğdə aşağıdakı qaydada hesablanır.

(85 manat yaşa görə əmək pensiyasının baza hissəsi + 35,25 manat əmək pensiyasının sığorta hissəsi (34,73 manat x 1,5% istehlak qiymətləri indeksinin 2009-cu il üzrə illik səviyyəsi).

 

III. Sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi

 

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür:

3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur.

3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (4 nömrəli əlavə).

Misal 31. Qanunvericiliklə müəyyən olunmuş əmək pensiyası yaşına çatmış sığortaolunan qadın yaşa görə əmək pensiyası təyin edilməsi üçün Fondun yerli orqanına müraciət etmişdir. O, təqdim etdiyi sənədlərə əsasən 01.05.2008-ci il tarixədək 33 il istehsalat müəssisələrində çalışmışdır.

Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən sığortaolunanın Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 30 il 8 ay ümumi iş stajına malik olduğu müəyyənləşdirilir və onun fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:

(30 il tam iş stajı x 170 manat ) + (170 manat : 12 ay x 8 ay) =5213,33 manat.

Eyni zamanda Qaydaların 3.1.2-ci yarımbəndinə əsasən sığortaolunan qadının fərdi uçot məlumatlarına əsasən 01.01.2006-cı il tarixdən 01.05.2008-ci il tarixədək 2 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində müvafiq pensiya kapitalının qeydə alındığı təsdiq olunur.

3.2. Sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır.

Misal 32. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış qocaya qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında qocaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir.

3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığortaolunanın (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxsin) ümumi iş (sosial sığorta) stajına aşağıdakı qaydada daxil edilir:

3.3.1. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir.

3.3.2. 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumlarının (himayəçilərinin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir.

3.3.3. I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:

- qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;

- əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənədlər.

70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur:

- qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı;

- yaşı təsdiq edən sənəd.

I qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur.

3.4. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

3.5. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir.

3.6. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir.

3.7. Əmək pensiyası hüququ verən sosial sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir:

- döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında)– ikiqat ölçüdə;

- şəxsin qanunsuz saxlanılma, qanunsuz həbsdə olma və qanunsuz cəza-çəkmə müddətləri - ikiqat ölçüdə;

- cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə;

- əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi müddəti – üçqat ölçüdə.

 

IV. Əmək pensiyalarının təyin edilməsi (və ya bir növündən başqa növünə keçirilməsi) üçün təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

 

4.1. Əmək pensiyasının təyin olunması üçün müraciət

 

4.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. Bu müraciət onların adından vəkalət verdikləri nümayəndələri tərəfindən də edilə bilər.

4.1.2. İşləyən şəxslərin ərizələrinə pensiya təyin edilməsi üçün zəruri sənədlərlə birlikdə onların işlədikləri müəssisələr tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat da əlavə edilir (2 nömrəli əlavə).

Sığortaolunanların ümumi iş (sosial sığorta) stajı barədə məlumatda onun verildiyi tarix, sığortaedənin adı, ünvanı, telefon nömrələri, əmək pensiyası təyin olunması üçün təqdim edilən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan, pensiyasının növü, himayəsində olan əmək qabiliyyətsiz ailə üzvləri, əmək kitabçasının doldurulma tarixi, işə götürülməsi, bir işdən başqa işə keçirilməsi, işdən azad edilməsi haqqında əmək kitabçasındakı qeydlər göstərilməlidir.

Qanunun 9.1-ci, 9.3-cü və 9.7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən i



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2979 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 26/6/2019- AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) BİRBAŞA BMT-NİN İQTİSADİ SOSİAL ŞURASI – ECOSOC-UN XÜSUSİ STATUSLU ÜZVÜ SEÇİLMİŞDİR.

» 24/6/2019- Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

» 22/6/2019- Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib

» 20/6/2019- İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.

» 13/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi davam edir

» 12/6/2019- Gənclər Fondu əlilliyi olan tələbələrin təhsil xərclərini ödəyəcək

» 11/6/2019- Prezident gözdən əlilliyi olan şəxslər üçün mənzil tikintisinə 300. 000 manat ayırdı

» 10/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi

» 9/6/2019- Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir

» 07/06 2019- “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə

» 1/6/2019- Prezident əlilliyi olan uşaqlara 5 milyon manat ayırdı

» 31/5/2019- “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimatı

» 31/5/2019- QHT İnsan alveri ilə bağlı növbəti maarifləndirilmə tədbirini Gəncə şəhərində həyata keçirdi.

» 29/5/2019- I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb

» 27/5/2019- Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib

» 25/5/2019- Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

» 25/5/2019- Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

» 22/5/2019- “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə

» 20/5/2019- Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu

» 20/5/2019- Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətlər