20 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1. Aztəminatli ailələrin uşaqlarina müavinətlərin təyin edilməsi və verilməsi qaydalari haqqinda Təlimat, 1999-cu


Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

03.01.1997-ci il tarixdə

qeydiyyata alınmışdır.

Qeydi № 23

 

Nazir əvəzi:__________S. Həsənova

 

 

 

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

 

 

 

№ 09-17/72

5.12. 1996-cı il

Nazir________F. Yusifov

Azərbaycan Respublikası

Əmək və

Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

 

№ 07/11-925

5.12.1996-cı il

Nazir_____Ə.Nağıyev

Azərbaycan Respublikası

Dövlət Sosial

Müdafiə Fondu

 

 

№ 05/447 A

5.12.1996-cı il.

Sədr _____Ə. Ələkbərov

 

 

 

AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA MÜAVİNƏTLƏRİN TƏYİN EDİLMƏSİ VƏ VERİLMƏSİ QAYDALARI HAQQINDA

 

TƏLİMAT

 

Azərbaycan Respublikası Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sosial Müdafiə Fondu əhalinin az təminatlı ailələrin uşaqlarına müavinətlərin təyin edilməsinin 01 yanvar 1997-ci ildən aşağıdakı qaydalarını müəyyən edir:

 

  1. MÜAVİNƏTLƏRİN NÖVLƏRİ VƏ MƏBLƏĞİ

 

Qüvvədə olan qanunvericiliyə əsasən aztəminatlı ailələrin uşaqlarına aşağıdakı müavinətlər təyin edilir:

  1. Valideynlərindən biri şahid olmuş ailədə hər bir uşağın 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək onların hör birinə 35 min manat məbləğində aylıq müavinət müəyyən edilmişdir. [1]
  2. Çernobıl qəzası nəticəsində 1 və 11 qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatımda olan uşaqlarına hər uşaq üçün 25 min manat məbləğində aylıq müavinət edilmişdir.[2]
  3. "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən qulluğa görə qismən ödənişli məzuniyyətdə olan şəxsə uşaq yaş yarımına çatanadək respublika üzrə qüvvədə olan minimum əmək haqqının 2 misli /11000 manat/, yaş yarımından üç yaşına çatanadək isə 1 misli /5500/ manat məbləğində aylıq müavinətlər.
  4. Azərbaycan Respublikası Prezidentinin 22 may  1996-cı  il tarixli 315 №-li Sərəncamına əsasən az    təminatlı    ailələrin uşaqlarına aşağıdakı müavinətlər təyin edilir:

- uşaq doğularkən 50000 manat məbləğində birdəfəlik müavinət;

- ailədə adambaşına düşən aylıq gəlirin 16500 manat və ondan az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək /təqaüd almayan məktəblilər 18 yaşına çatanadək/ 9000 manat məbləğində müavinət. Bu müavinət uşağın valideyni müddətli hərbi xidmətdə olduğu dövrdə 125000 manat; müharibə əlillərinin uşaqlarına isə 20000 manat məbləğində ödənilir.[3]

- dəfn üçün 100000 manat məbləğində verilən birdəfəlik müavinət.

1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 1995-ci il tarixli 22 N-li qərarı ilə yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına 5500 manat məbləğində təyin olunan aylıq müavinətlər.

Əmək haqqına yüksək dağlıq yerlərdə yaşamağa görə əmsalların hesablandığı yerlərdə yaşayan ailələrə bütün növ aylıq müavinətlərin məbləği yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən edilir.

 

II.  MÜAVİNƏTLƏRİN TƏYİN OLUNMASI QAYDALARI VƏ MÜDDƏTLƏRİ

 

  1. Bu Təlimatın 1.1, 1.2, 1.3 bəndlərində göstərilən müavinətlər, habelə müharibə əlillərinin və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına təyin olunan aylıq müavinətlər, uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlər gəlirdən asılı olmayaraq təyin edilir.[4]
  2. Uşaq doğulduğu aydan başlayaraq 16 yaşına /təqaüd almayan məktəblilər 18 yaşına/ çatanadək müavinət almaq hüququ ailənin müavinət üçün müraciət edilən rübdən əvvəlki rübün gəliri üzrə müəyyən edilir.

Kolxoz və sovxozlarda, kəndli /fermer/ təsərrüfatlarında, mövsümi xarakterli müəssisələrdə çalışanların, məcburi köçkünlərin habelə hər iki valideyni işləməyən, təhsil almayan ailələrin uşaqlarının müavinət almaq hüququ keçən təqvim ilinin gəliri əsasında müəyyən edilir.[5]

Bu növ müavinətin təyin olunması üçün ailədə adambaşına düşən orta aylıq gəlir 16500 manatdan artıq olmamalıdır. Yüksəkliyə görə əmsallar tətbiq olunmaqla müəyyən olunur.

  1. Uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlər müraciət edilmə müddətindən asılı olmayaraq təyin olunub verilir.
  2.  Müharibə əlilləri, şəhid ailələri və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına, Çernobıl qəzası nəticəsində əlil olmuş, xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, məcburi köçkünlərin uşaqlarına, hər iki valideyni işləməyən ailələrin uşaqlarına kolxoz və sovxozlarda, kəndli /fermer/ təsərrüfatlarında, mövsümi xarakterli müəssisələrdə çalışanların uşaqlarına müavinət uşağın 16 yaşı /təqaüd  almayan məktəblilər üçün 18 yaşı/ tamam olan aydan artıq olmamaqla bir təqvim ili müddətinə təyin edilir.[6]
  3. Uşaq doğulduğu aydan başlayaraq 16 yaşa /təqaüd almayan məktəblilər 18 yaşa/ çatanadək aylıq müavinət həmin Təlimatın 2.4-cü bəndində nəzərdə tutulanlardan digər bütün hallarda uşağın 16 yaşı /təqaüd almayan məktəblilər üçün 18  yaşı /tamam olan aydan artıq olmamaqla rüblük təyin edilir.
  4. Alimentdən könüllü imtina etmiş şəxslərin uşaqlarına müavinət hüququ ümumi əsaslarla ailənin gəliri üzrə müəyyən edilir.
  5. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət qəyyumluq müddəti, lakin uşağın 16 yaşından /əyani təhsil alan uşaqların isə 18 yaşından/ artıq olmayan müddət üçün hər bir uşağa görə təyin edilir.

2.8. Uşaqlı ailələrə aylıq müavinətlər, onları almaq hüququ yaranan aydan 3 ay gec olmayaraq müraciət edildikdə, müavinət hüququ yaranan aydan təyin olunur.

Müavinətin təyin edilməsi üçün 3 ay keçdikdən sonra müraciət edildikdə, həmin müavinətin təyin edilməsi haqqında ərizə bütün lazımi sənədlərlə birlikdə verildiyi aydan əvvəlki müddət üçün, lakin 3 aydan çox olmamaq şərtilə təyin edilir və ödənilir.[7]

2.9. Övladlığa götürülmüş uşaqlar doğma uşaqlara bərabər tutulur və müavinət ümumi qaydada təyin edilib verilir. Ögey ata və ögey ana ilə yaşayan uşaqlar yaşadıqları ailədə ümumi qaydada müavinət alır.

2.10. Tam dövlət təminatında olan uşaqlara görə müavinət verilmir.

 

III. ORTA AYLIQ GƏLİRİN MÜƏYYƏN EDİLMƏSİ

 

  1. Ailədə adambaşına düşən orta aylıq gəlir müəyyən edilərkən ailənin tərkibində ər, arvad, onların 18 yaşadək /əyani təhsil alanlar 23 yaşadək/ uşaqları nəzərə alınır.
  2. Uşaq doğulduğu aydan başlayaraq 16 /18/ yaşına çatanadək müavinət almaq   hüququ müəyyən edilərkən ailənin ümumi gəlirinə aşağıdakılar daxil edilir:

a/ əmək haqqı, o cümlədən iş vaxtından artıq işlər üçün, əvəzçilik üzrə görülən işlər üçün, bütün növ əlavələr, müəssisə, idarə, təşkilatın və əmək haqqı sistemində nəzərdə tutulmuş və maliyyələşdirmə mənbəyindən və vaxtaşırı verilməsindən asılı olmayan mükafatlar, uzun müddət xidmətə görə verilən illik mükafat, müəssisənin, təşkilatın işinin illik ümumi nəticələrinə görə verilən mükafatlar. Mükafatlar və illik mükafatlar orta aylıq əmək haqqına hesablandığı vaxt üzrə daxil edilir. Yəni onların ödəniş cədvəllərinə /yaxud onu əvəz edən sənəd/ daxil edildiyi ayda hesaba alınır.

b/ pensiyaların bütün növləri. Bu zaman pensiyaların üzərinə hesablanan ayrı-ayrı müavinətlər də nəzərə alınır.

v/ təqaüdlər;

q/ Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında və ya kəndli (fermer) təsərrüfatında məşğul olanların və kooperativdə müqavilə ilə işləyənlərin qazancı:

Bu şəxslərin qazancı "Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" Azərbaycan Respublikası Qanununa və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq lisenziya, müqavilə, patent və sosial sığorta haqlarının ödədikləri barədə verilmiş sənədlərə görə müəyyən olunur.[8]

ğ/ əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçilərə zərərin əvəzinə ödənilən məbləğlər;

d/ müavinət almaq hüququ müəyyən edilərkən ödənilən alimentlər ailənin məcmu gəlirlərindən çıxılır, alınan alimentlər isə hesaba alınır.

e/ uşaq üç yaşa çatanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət dövründə verilən müavinət;

j/ əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə müavinətlər, habelə növbəti ilin məzuniyyət haqqı onların aid olduğu dövrün gəlirinə daxil edilir.

z/ işsizliyə görə müavinət;

y/ nahar yeməyi üçün verilən pul kompensasiyaları.

  1. Fərdi yardımçı təsərrüfatdan /torpaq sahəsindən / olan gəlir ailənin ümumi gəlirindən nəzərə alınmır.
  2. Valideynlərdən biri başqa dövlətdə yaşayır və ya işləyirsə onun gəliri mövcud rəsmi kursla Azərbaycan milli manatına çevirməklə nəzərə alınır.
  3. Ailədə adambaşına düşən orta aylıq gəlir müəyyən olunarkən ailənin ümumi gəlirinin nəzərə alındığı ayların sayına müvafiq olaraq 3-ə və ya 12-ə bölünür. Alınan məbləğ ailə üzvlərinin sayına bölünməklə adambaşına düşən orta aylıq əmək haqqı tapılır.

Ailədə adambaşına düşən gəlirin rüblük qazancdan hesablandığı hallarda illik mükafatlar və 13-cü əmək haqqı hər rübə mütənasib bölünmək yolu ilə onların dörddə bir hissəsi məbləğində, illik qazancdan hesablandığı hallarda isə ailənin gəlirindən yalnız bir illik mükafat və 13-cü əmək haqqı nəzərə alınır.

3.7. Yetim və valideyn himayəsindən məhrum olmuş və qəyyum himayəsinə verilmiş uşaqların müavinət hüququ müəyyən edilərkən qəyyumun gəliri ümumi gəlirə daxil edilmir. Uşaqlara ailə başçısını itirməyə görə təyin olunmuş bir aylıq pensiya məbləği ümumi gəlirdə nəzərə alınır.

 

IV. MÜAVİNƏT TƏYİN EDƏN ORQANLAR

 

4.1. Müavinət anaya onun işlədiyi və ya təhsil aldığı yerdə, əgər ana işləmirsə və təhsil almırsa atanın işlədiyi, xidmət etdiyi və ya təhsil aldığı yerdə təyin edilib verilir.

  1. Hər iki valideyn işləməyən, təhsil almayan ailələrin uşaqlarına, müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına, qüvvədə olan qanunvericiliyə əsasən fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin uşaqlarına, yetim və valideyn himayəsindən əhrum olmuş uşaqların qəyyumlarına və qəyyumluğa verilmiş uşaqlara müavinət ailənin yaşayış yeri üzrə  rayon /şəhər/ əhalinin sosial müdafiəsi Mərkəzlərində təyin edilir.
  2. Müavinət təyinatı üçün ərizələrin qəbulu və sənədlərin vaxtında rəsmiləşdirilməsi məsələsi idarə, müəssisə, təşkilatlarda əmrlə, kolxozlarda isə idarə heyətinin qərarı ilə məsul şəxsə, əhalinin sosial müdafiəsi mərkəzlərində müavinətlər üzrə müfəttişə həvalə olunur. Fəhlələrin,  qulluqçuların və təhsil alanların ailələrinə uşaqlar üçün müavinət müəssisələrdə, idarələrdə, təşkilatlarda müdiriyyətin nümayəndəsi /komissiyanın sədri/, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi və baş mühasibdən ibarət tərkibdə müəyyən olunmuş komissiya tərəfindən təyin edilir.
  3. Rayon /şəhər/ əhalinin sosial  müdafiəsi mərkəzlərində müavinət təyinatı üçün sənədləri müavinətlər üzrə müfəttiş qəbul edir.

Həmin sənədləri komissiyanın müzakirəsinə məsul katib kimi müavinətlər üzrə aparıcı müfəttiş hazırlayır.

Müavinət təyinatı üçün zəruri olan bütün sənədlər təqdim edildikdən ən geci 10 gün müddətində komissiya müavinəti təyin olunması və ya müavinət təyin etməkdən imtina haqqında qərar qəbul edir.

4.5. Ərizəyə sənədlər tam əlavə olunmadıqda, çatışmayan sənədlərin təqdim olunması üçün vətəndaşa bir ay vaxt verilir.

4.5. Ərizəyə sənədlər tam əlavə olunmadıqda, çatışmayan sənədlərin təqdim olunması üçün vətəndaşa bir ay vaxt verilir.

4.6. İşçinin iş yerini dəyişdiyi idarə, müəssisə, təşkilat müavinətin ödənilməsi ayları göstərilməklə sənədləri onun yeni iş yerinə /müavinət alanın ərizəsinə əsasən/ göndərir.

Yeni iş yerində müavinətin alınması üzrə işlər alındıqdan sonra uşaqlara müavinət təyin edən komissiyanın qərarına əsasən müavinətin ödənilməsi davam etdirilir. Uşaqlara müavinət alan ana işdən /xidmət/ təhsil yeri/ çıxaraq heç yerdə işləməzsə, müavinət almaq üçün işləri ananın işlədiyi idarə, müəssisə və təşkilat atanın iş yerinə /xidmət təhsil yerinə/ göndərir, ata olmadıqda isə həmin işlər yaşayış yeri üzrə rayon /şəhər/ əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərilir və müavinətin ödənilməsi müavinət təyin edən komissiyanın qərarına müvafiq olaraq 3 aydan artıq olmayan müddətə bərpa olunmaqla davam etdirilir.

 

V. MÜAVİNƏT TƏYİNATI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

5.1. Müavinət təyin edilməsindən ötrü hər təyinat müddəti üçün (illik və rüblük) aşağıdakı sənədlər tələb olunur:

  • ərizə;
  • uşaqların doğum haqqında şəhadətnaməsinin surəti;
  • yaşayış yerindən ailə üzvlərinin məşğulluğu qeyd olunmaqla ailə tərkibi barədə arayış;
  • ailə üzvlərinin gəlirinin nəzərdə alındığı dövrdəki qazancı haqqında arayış;
  • qəyyumluqda olan uşaqlar üçün qəyyumluq haqqında rayon (şəhər) icra hakimiyyətinin qərarı;
  • hər iki valideyn işləmədikdə onlardan yerli məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınmaları, rayon (şəhər) vergi müfəttişliyindən sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olub – olmamaları haqqında arayış; [9]

- vətəndaşların müavinət hüququ müəyyən edilən müddət üçün sahibkarlıq və ya fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslər haqqında yerli vergi müfəttişliklərindən arayış-siyahı;

- fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında işləyənlərin qazancı barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrindən arayış;

-  hər iki əmək qabiliyyətli valideyni işləməyən ailələrdə valideynlərin keçmiş təqvim ilində işsizliyə görə aldıqları müavinətin məbləği barədə yerli məşğulluq xidmətindən arayış-siyahı;

- əmək qabiliyyətli valideynlərindən biri işləyən ailələr üçün: işləməyən dikər valideynin müavinət hüququnun müəyyən edildiyi təqvim müddətində (əvvəlki rübdə) işsizlik müavinəti alıb-almaması barəsində yerli məşğulluq xidmətindən arayış;

  • müddətli hərbi  qulluqda olan hərbi qulluqçular üçün  hərbi komissarlıqdan arayış;
  • ədliyyə orqanın valideynin alimentdən yayınmasını təsdiq edən arayışı;
  • ölüm haqqında şəhadatnamənin surəti;
  • doğum və ya şəxsin vəfatı ilə əlaqədar birdəfəlik müavinətlərin ödənilməsi üçün VVAQ arayışı.

 

VI. Yekun müddəalar.

 

6.1. Müavinətlər respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına ödənilir. Əhalinin sosial müdafiəsi mərkəzlərinə bu məqsədlə vəsait Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən köçürülür.

  1. Bütün idarə, müəssisə və təşkilatlar ayrılıqda hər növ hesablanmış müavinətlər   barədə   hesabatı Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə təqdim edir və qarşılıqlı  hesablaşma aparılır. İdarə, müəssisə və təşkilat rəhbərləri müavinətlərin vaxtında əhaliyə ödənməsində məsuliyyət daşıyırlar.
  2. Nazirliklər, baş idarələr və müəssisələr bu təlimatı və müavinət təyin edilməsi      barədə kargüzarlıq sənədlərini tabeçiliklərində olan orqanlara çatdırmaqla yerlərdə müavinətlərin düzgün təyin olunmasını və vaxtlı-vaxtında ödənilməsini təmin etməyə borcludurlar.

Bu sahəyə nəzarəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində həyata keçirirlər.

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5)
  2. 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.1 bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən valideyni şəhid olmuş ailədə 16 yaşına çatmamış /məktəblilər 18 yaşınadək/ uşaqlara minimum əmək haqqının üçdə bir hissəsi məbləğində /1833 manat/ təyin olunan aylıq müavinət. Hər iki valideyni şəhid olmuş uşaqlara bu müavinət minimum əmək haqqının üçdə iki hissəsi məbləğində müəyyən olunmuşdur.

 

[2] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.2 bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" 1993-cü il 6 dekabr tarixli Qanununa əsasən Çernobıl qəzası nəticəsində   əlil olmuş, xəstələnmiş, dispanser  qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Hər uşaq üçün ayda minimum əmək haqqının 100 faizi /5500/ manat məbləğində müəyyən olunan aylıq müavinətlər.

 

[3] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 1.4-cü bəndin 3-cü abzasında "Şəhid ailələrinin" sözləri çıxarılmışdır.

 

[4] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 2.1 bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müharibə əlilləri, şəhid ailələri və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına, yetim  və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, Çernobıl qəzası nəticəsində əlil olmuş,  xəstələnmiş, dispanser qeydiyyatında olan uşaqların ailələrinə, habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına təyin olunan aylıq müavinətlər, uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olan şəxslərə aylıq müavinətlər, uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlər gəlirdən asılı olmayaraq təyin edilir.

 

[5] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə 2.2 bənddə “kolxoz və sovxozlarda, kəndli (fermer) təsərrüfatlarında, mövsümi xarakterli müəssisələrdə çalışanların” sözlərindən sonra “məcburi köçkünlərin” sözləri əlavə edilmişdir.

 

[6] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə 2.4 bənddə “habelə Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına” sözlərindən sonra “məcburi köçkünlərin  uşaqlarına, hər iki valideyni işləməyən ailələrin uşaqlarına” sözləri əlavə edilmişdir.

 

[7] 21 fevral 1997-ci il tarixli 13-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Kollegiyasının qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və Başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 5) ilə Təlimatın 2.8 bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müavinət onu almaq hüququnun yarandığı ayın ardınca gələn aydan tez olmamaq şərti ilə müvafiq sənədlərlə müraciətdən əvvəlki 3 aydan artıq olmayan müddət üçün verilir.

 

[8] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 3. 2 bəndinin "q" hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

q/ fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə /qrup icarəsi/ əsasında və ya kəndli /fermer/ təsərrüfatında məşğul olanların və muzdla işləyənlərin, eləcə də kooperativ üzvlərinin və kooperativdə müqavilə ilə işləyənlərin qazancı; həmin şəxslərin qazancı Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq lisenziya, müqavilə, patent və digər sənədlər əsasında verilmiş və vergi müfəttişliyi tərəfindən təsdiq olunmuş arayış üzrə nəzərə alınır. Bu kimi şəxslərin qazancı müavinət təyin edən komissiya tərəfindən yerində dəqiqləşdirilə bilər.

 

[9] 29 dekabr 1999-cu il tarixli 09-04/493 nömrəli Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əmiri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02) ilə 5.1 bəndinin 7-ci abzası çıxarılmışdır və yeni abzaslar, əlavə edilmişdir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3331 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/11/2019- 20 noyabr BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının qəbul olunmasının 30 illiyidir

» 13/11/2019- Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib