12 Noyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il


                 “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti təşkilatlar Dövlət Proqramının həyata keçirilməsini təmin etsinlər.
  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

 

Bakı şəhəri, 7 iyun 2005-ci il

№ 101

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Şəkərli diabet üzrə

DÖVLƏT PROQRAMI

GİRİŞ

Dünya praktikasında xroniki qeyri-infeksion xəstəliklərin biotibbi, psixoloji və sosial-iqtisadi aspektlərinə kompleks yanaşılması prosesində şəkərli diabet (ŞD) bir model kimi götürülmüşdür. Şəkərli diabetin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Məhz buna görə Dünya Səhiyyə Təşkilatı (DST) 1992-ci ildə şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir. DST-nin məlumatına görə, 1985-ci ildə dünyada 30 milyon şəkərli diabetlə xəstə insan olduğu halda, bu gün həmin rəqəm təxminən 6,5 dəfə artaraq 194 milyona çatmışdır. Hesablamalara görə, 25 ildən sonra şəkərli diabet xəstələrinin sayının 330 milyona yaxın olacağı gözlənilir. Azərbaycanda 2004-cü il üçün 54554 nəfər şəkərli diabetlə xəstə qeydiyyata alınmışdır, o cümlədən 344 uşaq, 198 yeniyetmə. Onlardan 17062 nəfəri insulindən asılı, 37492-si isə insulindən asılı olmayan şəkərli diabetlə xəstədir.

Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. DST-nın məlumatına görə, əhalinin ümumi populyasiyası ilə müqayisədə şəkərli diabetlə xəstə olanlar arasında ürək, qan-damar çatışmazlığından ölüm halları 4-5 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası 50 dəfə, xroniki böyrək çatışmazlığı 5-6 dəfə çoxdur. Diabetin xroniki, ağır fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat çoxdur. Artıq sivil ölkələrdə bunu elmi-iqtisadi baxımdan sübut etdikləri üçün ŞD-nin müalicə və profilaktikasına xüsusi yer verilir.

Hazırda respublikada Bakı, Şəki, Mingəçevir və Naxçıvan endokrinoloji dispanserləri, Gəncə şəhərində poliklinika şöbəsi olan endokrinoloji xəstəxana, həmçinin Bakı şəhərində Respublika Endokrinoloji Mərkəzi fəaliyyət göstərir. Qeyd edilən müəssisələrlə yanaşı, ŞD ilə xəstə olanlara ambulator və stasionar yardım poliklinikaları, tibbi-sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının endokrinoloji kabinetləri və şöbələri tərəfindən də göstərilir. Şəkərli diabet xəstələri üçün ixtisaslaşdırılmış çarpayıların ümumi sayı 540-dır (onların 55-i uşaq endokrin şöbəsinə məxsusdur). Bakı, Sumqayıt, Şəki və Mingəçevir şəhərlərində endokrinoloji xidməti olan tibb müəssisələrində xəstələr üçün ictimai əsaslarla özünənəzarət təlim məktəbləri fəaliyyət göstərir.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına əsasən hazırlanmış “Şəkərli Diabet üzrə Dövlət Proqramı” diabet xəstələri üçün tibbi yardımın iqtisadi cəhətdən əsaslandırılmış modelinin yaradılmasına, onların həyat fəaliyyətinin yüksəldilməsinə, ömürlərinin uzadılmasına, müalicə keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Proqram 2 mərhələdən ibarət olmaqla, 2005-2009-cu illəri əhatə edir. Birinci mərhələ - 2005-2007-ci illər - təcili tədbirlərin hazırlanması və həyata keçirilməsi, ikinci mərhələ - 2007-2009-cu illər - tədbirlərin həyata keçirilməsi və Proqramın yerinə yetirilməsinin yekun nəticələri kimi nəzərdə tutulur.

Proqramın həyata keçirilməsinə kütləvi informasiya vasitələri, yerli və xarici diabetoloji təşkilatlar, ictimai birliklər, ictimaiyyət cəlb edilə bilər.

 

DÖVLƏT PROQRAMININ MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətlərinin yüksəldilməsi və uzadılması;

şəkərli diabetin fəsadlarından əmələ gələn əlilliyin, sağlamlıq imkanları məhdudluğunun və ölüm hallarının azaldılması;[1]

şəkərli diabet və onun fəsadlarının profilaktika sisteminin təşkili;

şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısının və miqdarının, habelə bu preparat və vasitələrlə təminat qaydasının müəyyən edilməsi;

şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrinin və indiki zamanda xəstəliyin vəziyyəti barədə zəruri məlumat bankının yaradılması;

şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsinin və müalicəsinin maliyyələşdirilməsi qaydasının müəyyən edilməsi;

şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin hazırlanması, ixtisaslarının artırılması və diabetoloji xidmətin strukturunun yaradılması;

şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin qeydiyyatı aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə təcili tibbi yardımın göstərilməsi;

şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin sanator-kurort müəssisələrində müalicəsinin təşkili, eləcə də dərman vasitələrinə və diabetik ərzaq məhsullarına olan tələbatının təmin edilməsi.

 

 

 

DÖVLƏT PROQRAMININ MALİYYƏLƏŞDİRİLMƏSİ (MİNİMAL RƏQƏMLƏR)

 

İllər

 

 

Maliyyələşdirmə üçün vəsaitlər (mlrd, manat)

İnsulin preparatları ilə təminat

Həbşəkilli şəkərsalıcı preparatlarla təminat

İnsulin inyeksiyası üçün lazım olan ləvazimatlarla təminat

Özünənəzarət vəsaitlərinin maliyyələşdirilməsinin təmin olunması

Cəmi

2005 *

20

15

0,5

10

45,5

 

 

Proqramın maliyyə mənbələri - dövlət büdcəsi, məcburi tibbi sığorta ödəmələri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər.

 

DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNDƏN GÖZLƏNİLƏN NƏTİCƏLƏR

 

Şəkərli diabetlə xəstə olan insanlar üçün diabetoloji xidmətin təkmilləşdirilməsi;

dövlət registrinin, həmçinin məlumat bankının yaradılması və fəaliyyət mexanizminin hazırlanması;

Azərbaycanın şəhər və rayonlarında və Bakı şəhərinin rayonlarında təlim məktəblərinin yaradılması və onların fəaliyyətinin uyğun olaraq Respublika Endokrinoloji Mərkəzi (REM) və Bakı Şəhər Endokrinoloji Dispanseri (BŞED) tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilməsi;

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ümumtəhsil müəssisələrində təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər üçün xüsusi qayğının təşkili vasitəsilə ağır və kəskin halların qarşısının alınması;

şəkərli diabetlə xəstə olan insanların dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatı;

əhali və şəkərli diabetlə xəstə insanlar arasında profilaktika işlərinin aparılması;

diabetin müalicəsində tətbiq olunan ən müasir preparatların və müayinə metodlarının Azərbaycanda tətbiqi üçün ekspertlər qrupunun təşkil edilməsi;

şəkərli diabetlə xəstə olan insanların sanator-kurort müalicəsinin təşkili;

pəhriz məhsullarının hazırlanmasında yerli istehsalın inkişafı;

şəkərli diabet xəstəliyinin xroniki fəsadlarının və bu xəstəlikdən ölüm hallarının azaldılması.

 

Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan

TƏDBİRLƏR  [2]

 

Sıra

№-si

Tədbirlərin adı

İcraçılar

İcra müddəti (illər üzrə)

 

1

2

3

4

 

I. ŞƏKƏRLİ DİABETLƏ XƏSTƏ OLAN ŞƏXSLƏR ÜÇÜN DİABETOLOJİ XİDMƏTİN TƏŞKİLİ

 

1.

Dövlət Registrinin, həmçinin məlumat bankının yaradılması və fəaliyyət mexanizminin hazırlanması

Səhiyyə Nazirliyi,

Dövlət Statistika Komitəsi

2005-2007

 

1.1. Endokrinoloji mərkəzlərdə və endokrinoloji xidməti olan tibb müəssisələrində diabetoloji xidmət strukturunun təkmilləşdirilməsi

 

2.

Respublika Endokrinoloji Mərkəzinin fəaliyyətinin genişləndirilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

3.

Kadrların təkmilləşdirilməsi və hazırlanması

Səhiyyə Nazirliyi

2005-2007

 

4.

Əhalinin sayına görə endokrinoloq, pediatr-endokrinoloq, təlimçi heyət (1 nəfər diabetoloq-həkim, 1 nəfər dietoloq, 1 nəfər tibb bacısı) ştatının təmin edilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

5.

Endokrinoloq və təlimçi heyətin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə maddi-texniki bazanın yaradılması

Səhiyyə Nazirliyi

2005-2007

 

6.

Xəstələrin müayinə, müalicə və təliminin beynəlxalq standartlara uyğun aparılması üçün metodik vəsaitlərin hazırlanması və treninqlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

1.2. Diabetoloji xidmətin tərkib hissəsi olan “şəkərli diabetlə xəstə olan şəxslərin özünənəzarət” təlim məktəblərinin yaradılması

 

7.

Azərbaycanın bölgələrində və Bakı şəhərinin rayonlarında endokrinoloji yardım göstərən tibb müəssisələrində təlim məktəblərinin yaradılması və onların fəaliyyətinin uyğun olaraq REM və ŞED tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

8.

Respublikanın ambulator-poliklinika müəssisələrində qeydiyyatda olan şəkərli diabetlə xəstələrin sayına uyğun olaraq diabet məktəblərinin təşkili

Səhiyyə Nazirliyi

2005-2007

 

9.

Respublikada ekdokrinoloji çarpayıları olan stasionarlarda diabet məktəbinin təşkili

Səhiyyə Nazirliyi

2005-2007

 

10.

Respublikada təşkil edilmiş diabet məktəblərinin yeni metodik vəsaitlərlə, normativ sənədlərlə təmin edilməsi, təlimçi heyətlərin hazırlanması, seminar və treninqlərin keçirilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

 

11.

Respublikada mövcud olan təlim məktəblərinin fəaliyyətinin gücləndirilməsi, maddi-texniki imkanlarının artırılması

Səhiyyə Nazirliyi

2005-2007

 

12.

Respublikada mövcud olan təlim məktəblərinin fəaliyyəti haqqında statistik göstəricilərin, analitik informasiyaların, elmi tədqiqat işlərinin vaxtaşırı Səhiyyə Nazirliyinə təqdim edilməsi

Səhiyyə Nazirliyi

2005-2007

 

13.

Şəkərli diabet xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinəsinin və müalicəsinin maliyyələşdirilməsinin təmin edilməsi

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi

2005-2007

 

1.3.         Şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tibb mütəxəssislərinin, təlimçilərin hazırlanması

 

14.

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində endokrinologiya üzrə kursun fəaliyyətinin gücləndirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

15.

Kadrların təkmilləşdirilməsi və hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

 

16.

Həkim-endokrinoloqlar üçün müasir diabetologiya üzrə 1 aylıq təkmilləşmə kursu proqramının hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

 

17.

Endokrinoloq-tibb bacıları üçün müasir diabetologiya sahəsi üzrə 1 aylıq təkmilləşmə kursu proqramının hazırlanması

Səhiyyə Nazirliyi

mütəmadi

 

18.

Bütün həkim-endokrinoloqların 1 aylıq diabetologiya üzrə təkmilləşmə kurslarından keçməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

19.

Endokrinoloji xidmətdə fəaliyyət göstərən bütün tibb bacılarının 1 aylıq diabetologiya üzrə təkmilləşmə kurslarından keçməsi (kursların qrafiki Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsi tərəfindən hazırlanır)

Səhiyyə Nazirliyi

mütəmadi

 

20.

Elmi konfranslar, elmi-praktik seminarların keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

21.

Digər ixtisas həkimləri üçün diabetologiya üzrə həftəlik treninqlər proqramının hazırlanması və keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

22.

Ümumtəhsil müəssisələrində təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər üçün xüsusi nəzarətin təşkili

Səhiyyə Nazirliyi

Təhsil Nazirliyi

2005-2009

 

23.

Ümumtəhsil müəssisələrində tibb işçiləri və müəllimlərlə seminar məşğələlərinin keçirilməsi, onların praktik və metodik vəsaitlərlə təmin edilməsi

Səhiyyə Nazirliyi

Təhsil Nazirliyi

2005-2009

 

II.     ŞƏKƏRLİ DİABETLƏ XƏSTƏ OLAN ŞƏXSLƏRİN ƏN VACİB DƏRMAN PREPARATLARI, ÖZÜNƏNƏZARƏT VASİTƏLƏRİ VƏ DİGƏR VACİB LƏVAZİMATLARLA TƏMİNATI

 

24.

İllik tibbi yardımın həcminin, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin miqdarının müəyyənləşdirilməsi

Səhiyyə Nazirliyi

2005

 

25.

Müəyyən edilmiş illik tələbatın şəkərli diabetlə xəstə olan şəxslərə çatdırılma mexanizminin hazırlanması

Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi

2005-2009

 

26.

Tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabetlə xəstə insanların fərdi olaraq tələbatının həcminin 6 aydan bir şəhər və rayon səhiyyə orqanları tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilməsi

Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi

2005-2009

 

III. ŞƏKƏRLİ DİABETİN VƏ ONUN AĞIRLAŞMALARININ PROFİLAKTİKASI

 

27.

Sağlam əhali arasında şəkərli diabet xəstəliyinin profilaktikası

Səhiyyə Nazirliyi

2005-2009

 

28.

Şəkərli diabetlə xəstə olan şəxslər arasında diabetin xroniki fəsadlarının profilaktikası

Səhiyyə Nazirliyi

2005-2009

 

29.

Əhali arasında şəkərli diabet xəstəliyinin erkən aşkar edilməsi məqsədilə daimi və geniş şəkildə qlükozaya tolerantlıq testinin, həmçinin acqarına qanda qlükozanın müəyyən edilməsini təmin etmək üçün təlimatların hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

 

30.

Ərazi poliklinikalarında risk qrupuna aid şəxslərin qeydiyyata götürülməsi və nəzarətdə saxlanılması

Səhiyyə Nazirliyi

2005-2009

 

31.

Kütləvi informasiya vasitələrindən istifadə edərək əhali arasında şəkərli diabet xəstəliyinin profilaktikasının təbliğinin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2005-2009

 

32.

Nefropatiyanın və gələcəkdə hemodializə ehtiyacın qarşısını almaq məqsədilə profilaktika işlərinin gücləndirilməsi. Bunun üçün erkən nefropatiyanı aşkarlaya biləcək yüksək keyfiyyətli biokimyəvi diaqnostikadan geniş istifadənin təmin edilməsi. Bütün xəstələrdə ildə 2 dəfədən az olmayaraq mikroalbumunuriyanın müayinəsinin aparılması

Səhiyyə Nazirliyi

2005-2009

 

33.

Damar fəsadlarının inkişafının qarşısını alan profilaktik tədbirlərin tətbiq edilməsi. Bunun üçün ixtisaslaşdırılmış şöbələrdə (cərrahiyyə, kardioloji, göz, qan-damar) erkən damar fəsadlarını aşkarlaya biləcək kabinetlərin təşkil edilməsi

Səhiyyə Nazirliyi

2005-2009

 

34.

“Diabetik pəncə” və “Hamiləlik diabeti” kimi xüsusi kabinetlərin açılması

Səhiyyə Nazirliyi

2005-2009

 

35.

Ağır göz fəsadlarının qarşısını almaq üçün ildə 2 dəfə bütün qeydiyyatda olan şəkərli diabetlə xəstə şəxslərin göz dibinin müayinəsinin aparılması

Səhiyyə Nazirliyi

mütəmadi

 

36.

Müxtəlif profilaktika sistemlərinin hazırlanması, yeniləşdirilməsi və təbliğinin təlim məktəbləri tərəfindən həyata keçirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

 

37.

Gənclər arasında şəkərli diabet xəstəliyinin profilaktikası məqsədilə maarifləndirmə işinin təşkili, müxtəlif çap məhsullarının hazırlanması, “dəyirmi masa”ların, konfransların, telemarafonların, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bu tədbirlərdə gənclərin, qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi

mütəmadi

 

IV. ŞƏKƏRLİ DİABETLƏ XƏSTƏ OLAN ŞƏXSLƏRƏ SANATOR-REABİLİTASİYA YARDIMININ TƏŞKİL EDİLMƏSİ

 

38.

Şəkərli diabetlə xəstə olan şəxslərə sanator reabilitasiya yardımını tətbiq etmək üçün respublikanın sanator-kurort müəssisələrində diabet xəstələrinin sayma uyğun çarpayıların ayrılması

Azərbaycan Həm-karlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi

2005-2009

 

39.

Uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi

Mədəniyyət və Turizm Nazirliyi Nazirliyi, Səhiyyə Nazirliyi

2005-2009

 

V. ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİNİN MÜAYİNƏ, MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ELMİ TƏDQİQAT İŞLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ

 

40.

Respublika Endokrinoloji Mərkəzinin tərkibində diabetologiya üzrə elmi tədqiqat işlərinin aparılması

Səhiyyə Nazirliyi

2005-2009

 

41.

Yeni yüksək ixtisaslı kadrların hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

 

42.

Diabetologiya üzrə yeni metodik vəsaitlərin, elmi və elmi-kütləvi ədəbiyyatın hazırlanması

Səhiyyə Nazirliyi

2005-2009

 

VI. ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRİN DƏRMAN VASİTƏLƏRİNƏ VƏ DİABETİK ƏRZAQ MƏHSULLARINA OLAN TƏLƏBATININ TƏMİN EDİLMƏSİ

 

 

 

43.

Şəkərli diabetlə xəstə olan insanlar üçün pəhriz mağazalarının və qida məhsullarının yerli istehsalının təşkili

Yerli icra hakimiyyəti orqanları,

Səhiyyə Nazirliyi

2005-2009

                       
 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
  2. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

 

 

 QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* Şəkərli diabetlə xəstə şəxslərin sayının hər il 15% artacağı nəzərə alınaraq, növbəti illər üçün vəsait əvvəlki ildə ayrılan vəsaitin 15% artımı nəzərə alınmaqla hesablanmalıdır.



[1] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «Şəkərli diabet üzrə Dövlət Proqramı»nın «Dövlət Proqramının məqsəd və vəzifələ ri» bölməsinin ikinci abzasında «əlilliyin» sözü «əlilliyin, sağlamlıq imkanları məhdudluğunun» sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet üzrə Dövlət Proqramı” nın Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər” in 37-ci bəndində “Gənclər, İdman və Turizm” sözləri “Gənclər və İdman” sözləri ilə və 39-cu bəndində “Gənclər, İdman və Turizm Nazirliyi” sözləri “Gənclər və İdman Nazirliyi”, “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

 

  

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2792 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 12/11/2019- 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.

» 09/11/2019- 9 noyabr tarixi Dövlət Bayrağı günüdür

» 10/11/2019- ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.

» 5/11/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 1/11/2019- Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu

» 28/10/2019- Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.

» 26/10/2019- Hacıqabulda maarifləndirmə tədbiri keçirilib

» 23/10/2019- “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”

» 18/10/2019- Bərdədə maarifləndirmə tədbiri keçirilib

» 17/10/2019- Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği

» 17/10/2019- Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq

» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”