Əlil Təşkilatları İttifaqı 18 oktyabr 2003-cü ildə 8 əlil təşkilatının təsisçiliyi ilə yaradılmışdır. 16 aprel 2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi: N 1105-Q4-1720 Hazırda üzvlərin sayı 47. Qəbələ və Qazax rayonunda resurs mərkəzləri, regionlarda üzv təşkilatların şöbələrinin bazasında nümayəndəlikləri vardır. Üzv təşkilatlardan biri beynəlxalq, 4 regional, qalanları Respublika statusludur.
Əlil Təşkilatları İttifaqı BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında xüsusi statusa malikdir.
Hamı üçün bərabər hüquqlar və bərabər imkanların bərqərar olduğu inkluzif cəmiyyət.
Azərbaycanda əlilliyi olan şəxslərin birləşdikləri və bu sahədə fəaliyyət göstərən təşkilatların fəaliyyətinə dəstək olmaqla cəmiyyətdə bərabər hüquq və imkanların təmin olunmasını stimullaşdırmaq.
İttifaq onun iştirakçılarının fəaliyyətini əlaqələndirir, habelə ümumi mənafelərini təmsil və müdafiə edir.
- Üzv təşkilatların fəaliyyətinin səmərəsini artırmaq;
- Üzv təşkilatlara metodiki, hüquqi, informatiki yardım etmək;
- İnkluzif cəmiyyətin yaranmasına dəstək vermək.
Bu məqsəd və və vəzifələri həyata keçirtmək üçün aşağıdakı fəaliyyətləri həyata keçirir:
- Əlillik problemlərinin həllində təşkilatların fəaliyyətinin koordinə olunması
- İştirakçılığın təmin olunması
- Bacarıqların artırılması
- Komandada işləmək, şəffavlığın və davamlılığın təmin olunması vərdişləri
- Beynəlxalq əməkdaşlıq
- Müxtəlif səbəblərdən (Fəlakət riskləri) əlilliyin dinamikasının artmasına, təhsil, məşğulluq və digər sosial problemlərinin artması ilə həyat səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin azaldılmasına dəstək vermək
- Əlilliyin dərki, Universal Dizayn üzrə maarifləndirmə
Ümumi yığıncaq, İdarə heyəti, Nəzarət Təftiş Komissiyası, Prezident, Katiblik, Ekspert qrupu
Rəhbərlikdə qadınlar – 60 %
MİLLİ:
· Ombudsmanın yanında biznes və insan hüquqları üzrə ekspertlər qrupu
· BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupu
· Azərbaycan Şərq Tərəfdaşlığı platforması
· Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması
· İnsan Huguglarinin monitorinqi ve BMT-nin müqavilə qurumlarına hesabatların hazırlanması üzrə Ekspert Qrupu
· Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura
· “MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” Koalisiyası
Beynəlxalq
v Dünya Əlillər Birliyi
v Avropa Əlillik Forumu
v Avropa Müstəqil Həyat Şəbəkəsi
v Beynəlvalq Əlil Təşkilatları Birliyi
v BMT Dayanıqlı İhkişaf üzrə Maraqlı Tərəflər Şəbəkəsi
v Avropa Əlilliyi olan Şəxslər üçün Xidmət Təminatçıları Assosiasiyası
v BMT ECOSOC yanında xüsusi Status